ABŞ-İran danışıqlarının yeni raundunun TARİXİ AÇIQLANDI
20 May 2026, 22:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1126
14.11.2025, 16:04
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.
Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkiv şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib.
Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən "Kinjal" raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib.
2025-ci il avqustun 28-də isə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, Səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.
Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulduğu xatırlanıb.
Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb.
Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.
Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbiledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.
10:56 / 21 May 2026
4
10:48 / 21 May 2026
19
10:39 / 21 May 2026
97
10:38 / 21 May 2026
35
10:34 / 21 May 2026
33
10:23 / 21 May 2026
37
10:19 / 21 May 2026
42
10:16 / 21 May 2026
42
10:13 / 21 May 2026
90
10:06 / 21 May 2026
52
10:05 / 21 May 2026
43
10:03 / 21 May 2026
172
10:00 / 21 May 2026
49
09:53 / 21 May 2026
43
09:30 / 21 May 2026
50
09:14 / 21 May 2026
126
00:59 / 21 May 2026
256
00:33 / 21 May 2026
274
23:47 / 20 May 2026
160
23:36 / 20 May 2026
319
23:16 / 20 May 2026
313
22:52 / 20 May 2026
257
22:49 / 20 May 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.