Makron İlham Əliyevə zəng vurub
21 May 2026, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
50823
12.11.2025, 22:20
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara bu gün təyin edilən icra başçılarını qəbul edərkən, mühüm məsələlərə toxunub.
Bakupost.az xəbər verir ki, ilk növbədə Prezident məmurlardan təvazökar və xalqla birlikdə olmağı tələb edib. Təkəbbürlülüyü və müştəbehliyi tənqid etməklə yanaşı, bunun dövlət siyasətinə, birbaşa özünün yanaşmalarına zidd olduğunu xüsusi vurğulayıb.
Həmçinin İlham Əliyev korrupsiya və rüşvətə qarşı mövqeyini də ortaya qoyub və göstərişlərini verib. Yeni başçılardan ədalətli yanaşma, sahibkarlara qayğı, turizmi inkişaf etdirmək və əhalinin işsizlik səbəbindən rayonları tərk etməsinin qarşısını almağı tələb edib.
İlham Əliyev geniş və məzmunlu çıxışında bundan öncəki nöqsanlara da toxunub. Bu istiqamətdə danışarkən Prezident vurğulayıb:
“Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib.
Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir.
Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub. Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək”.
“Mərkəzi icra orqanlarından qanunsuz tapşırıqlar” deyərkən, Prezident İlham Əliyevin həm də Prezident Administrasiyasına uzun müddət başçılıq edən Ramiz Mehdiyevi də nəzərdə tutduğu ehtimal edilir. Çünki onun PA-ya rəhbərlik etdiyi illərdə torpaqların təyinatının dəyişdirilməsi, otlaq və əkin sahələrinin zəbti, imarətlər inşası baş verib. R.Mehdiyevin rayonlarda yüzlərlə hektar torpaq sahəsi və onlarla imarətə sahib olduğu haqda mediada bir neçə dəfə məlumatlar yayılıb.
14:02 / 21 May 2026
24
14:01 / 21 May 2026
67
13:57 / 21 May 2026
29
13:44 / 21 May 2026
57
13:35 / 21 May 2026
152
13:31 / 21 May 2026
122
13:27 / 21 May 2026
60
13:26 / 21 May 2026
52
13:08 / 21 May 2026
51
13:05 / 21 May 2026
54
13:01 / 21 May 2026
52
12:53 / 21 May 2026
191
12:50 / 21 May 2026
213
12:47 / 21 May 2026
102
12:39 / 21 May 2026
52
12:37 / 21 May 2026
60
12:35 / 21 May 2026
163
12:29 / 21 May 2026
112
12:12 / 21 May 2026
241
11:51 / 21 May 2026
63
11:33 / 21 May 2026
64
11:29 / 21 May 2026
360
11:15 / 21 May 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.