Mərkəzi Asiya dövlət başçılarından ÇAĞIRIŞ
05 Dekabr 2025, 14:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1997
31.10.2025, 20:08
Qələbə təqvimimizin 5-ci ilində əsrlərlə məruz qaldığımız torpaq və sərvət itkiləri, məcburi köçkünlük və qaçqınlıq dərdi, daimi inamsızlıq və dərin genetik qorxularımız tarixə qovuşur, yeni qalib milli kimlik erası başlanır.
Oxu24.com xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan haqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.
“Yaxşı xatırlayırıq, 1-ci Qarabağ müharibəsindən sonra “Azərbaycan xalqı döyüşə bilməz” deyən, başqa millətlərə həsəd aparan və natamamlıq kompleksi yaşayan çoxlu insan vardı. Son iki əsrdə biz silahlı düşməndən çox satqınlığa və xəyanətə, səs sürəti ilə yayılan şayiələrə, başıpozuqluğa, içimizdəki inamsızlığa yenilirdik.
Tariximizdə ilk dəfə Birinci Şəxs bütün döyüş meydanlarında öndə getdiyi üçün hamı bir axına çevrildi. Yeraltı sərvətlərimiz, yerüstü qüvvələrimiz və göylərdəki ordumuz həndəsi dillə desək, üçölçülü fəzada bir amala yönəldi. 5 oktyabr 2020-ci ildə düşmən xəttinin çətin yarıldığı günlərdə Müdafiə Naziliyinə gələn Ali Baş Komandan məsuliyyətdən gərginlik keçirən generallara deyir: “Sizə güvənirəm və biz qalib gələcəyik!”
Bəli, qalibiyyətin yüzlərlə səbəbi sırasında biri hamısından üstündür - Prezidentin qətiyyəti və inamı! Vətən müharibəsinin 44 müqəddəs günü təkcə silahların döyüşü deyil, həm də liderin millətə birbaşa xitabının salnaməsi oldu. 30 ildir Konstitusiyada yazılan Ali Baş Komandanlıq statusu İlham Əliyevin prezident kimi deyil, müharibədə qazandığı ali hərbi tituldur”, - o bildirib.
Millət vəkili qeyd edib ki, 20 sentyabr 1994-cü ildə neft savaşının udulması ilə 20 senyabr Xankəndi Zəfəri bir amalda birləşdiyi üçün Qələbəmizin birinci müəllifi Ulu öndərdir:
Həmçinin oxuyun
“Dünyada mövcud 61 münaqişədə nə qalib var, nə də daimi sülh. Azərbaycansa ən qısa müddətdə, ən az itki ilə, ən böyük nəticə qazanan tək dövlətdir.
Tarix göstərir ki, hər millətin öz “zəfər dövrü” olur. Fransa azadlıq ruhunu Bastiliyanın süqutunda tapdı, alman xalqı Berlin divarını yıxanda bölünən taleləri birləşdirdi, Çanaqqala döyüşü türk xalqının tərsinə gedən taleyini dəyişdirdi. Azərbaycan Qurtuluş savaşında tam və qəti qələbə ilə təkcə savaşı qazanmadı, həm də müharibəni bitirməyi bacardı.
Bir əsr əvvəl Topçubaşov Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi üçün Vilsona təvəqqe edirdi. Bu günsə ABŞ prezidenti İlham Əliyevə qalib lider kimi heyranlığını göstərir. Yüz ildə millətimizin statusu dəyişib, indi bizi Kürəkçay müqaviləsini imzalamağa deyil, Vaşinqtonda Qələbə Zirvəsinə dəvət edirlər.
Tariximizdə ilk dəfədir ki, dinc və könüllü şəkildə Xankəndini tərk etməklə, erməni məsələsi coğrafiyamızdan kənara çıxıb. İndi “Böyük Ermənistan”, “Qafqaz Ermənistanı”, “Türkiyə Ermənistanı”, “dənizdən-dənizə Ermənistan”ı deyil, “real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir.
Qələbəmizin coğrafiyasını genişləndirən Azərbaycan liderinin nitqini bir gün İrəvandan eşitsəniz, bilin ki, İlham Əliyev Qafqazı 1-ci Pyotrdan geri alıb. Ən Böyük Qayıdış bax o olacaq”.
14:28 / 05 Dekabr 2025
1
14:24 / 05 Dekabr 2025
14
14:01 / 05 Dekabr 2025
27
14:00 / 05 Dekabr 2025
75
13:48 / 05 Dekabr 2025
273
13:21 / 05 Dekabr 2025
43
13:18 / 05 Dekabr 2025
45
13:12 / 05 Dekabr 2025
39
13:02 / 05 Dekabr 2025
58
12:53 / 05 Dekabr 2025
217
12:46 / 05 Dekabr 2025
54
12:41 / 05 Dekabr 2025
447
12:36 / 05 Dekabr 2025
74
12:34 / 05 Dekabr 2025
371
12:32 / 05 Dekabr 2025
35
12:32 / 05 Dekabr 2025
37
12:22 / 05 Dekabr 2025
52
12:03 / 05 Dekabr 2025
1587
11:55 / 05 Dekabr 2025
52
11:48 / 05 Dekabr 2025
64
11:42 / 05 Dekabr 2025
242
11:36 / 05 Dekabr 2025
137
11:33 / 05 Dekabr 2025
148
11:17 / 05 Dekabr 2025
1225
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.