Kreml Paşinyan əleyhinə 400-ə yaxın saxta video yayıb
24 May 2026, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
604
22.10.2025, 17:06
Prezident İlham Əliyevin Qazaxıstana səfəri bir çox baxımdan diqqət çəkdi.
Burada əsas məqam dövlət başçısının Qazaxıstanda xüsusi hörmət və ehtiramla qarşılanmasıdır. Səfərin rəsmi və qeyri-rəsmi məqamlarında Qazaxıstan tərəfinin nümayiş etdirdiyi diqqət əslində, regionda Azərbaycanın mövqeyinin hansı mərhələyə çatdığını göstərən əlamətdar siqnallar idi.
Oxu24.com xəbər verir ki, Məsələ təkcə rəsmi protokol çərçivəsi ilə yekunlaşmır. Beynəlxalq hava limanında fəxri qarovulun düzülməsi və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycan liderini şəxsən qarşılaması sadəcə diplomatik nəzakət deyil, eyni zamanda tərəfdaşlıq münasibətlərinin səmimiliyini göstərən mühüm detallardır.
Tokayevin Azərbaycan Prezidentinə qazax milli geyimi təqdim etməsi isə mədəni diplomatiyanın bir parçası kimi qəbul olunmalıdır. Bu addım rəsmi münasibətlərdən kənara çıxaraq, xalqlar arasında mənəvi bağların gücləndirilməsinə yönəlmiş jest kimi şərh edilə bilər. Geyim kimi simvolik bir hədiyyə vasitəsilə edilən hörmət, əslində, İlham Əliyevin Qazaxıstan tərəfindən təkcə siyasi lider deyil, həm də dost ölkənin nümayəndəsi kimi qəbul edildiyini göstərir.
Səfər zamanı ifa olunan musiqi parçaları da digər mühüm detal idi. “Tut ağacı” və xüsusilə Ümummilli Lider Heydər Əliyevin sevdiyi “Alagöz” mahnısının səsləndirilməsi, Azərbaycan siyasi tarixinin və lider ənənəsinin Qazaxıstanda necə yüksək səviyyədə dəyərləndirildiyini nümayiş etdirir. Burada bir tərəfdən İlham Əliyevə şəxsən hörmət göstərilir, digər tərəfdən isə Heydər Əliyev irsinə ehtiram ifadə edilir. Bu isə münasibətlərin təkcə indiki dövrə deyil, köklərə əsaslandığına işarədir.
Qazaxıstanın göstərdiyi bu ehtiramın arxasında, şübhəsiz, geosiyasi reallıqlar da dayanır. Yeri gəlmişkən, səfərin Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müqavilənin 20 illiyinə təsadüf etməsi də xüsusi bir məqam idi. Bu zamanlamanın özü diplomatik olaraq iki ölkənin əlaqələrinin sabit və planlı inkişafının simvolikasıdır. Birgə mətbuat konfransında da bu aktın dəfələrlə vurğulanması onun nə qədər mühüm qəbul edildiyini göstərir.
Bundan əlavə, Prezident Əliyevin səfəri Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlandığı bir dövrə təsadüf edir. Əliyev Ermənistanla əldə olunan razılaşmaları artıq real addımlarla təqdim edir. Məsələn, Qazaxıstandan Ermənistana gedən taxıl yükünün Azərbaycanın ərazisindən tranzitlə keçməsinə icazə verilməsi praktik sülhün göstəricisidir. Bu, həm də ölkəmizin bölgədə etibarlı oyunçu və regional əməkdaşlıq təşəbbüskarlarından biri olduğunu göstərir.
Tokayev və Əliyevin bəyanatlarında iqtisadi əməkdaşlıq məsələləri geniş yer tutdu. Burada sadəcə ticarət dövriyyəsinin artırılması yox, iqtisadi əlaqələrin yeni keyfiyyət mərhələsinə keçməsi də ön plana çıxır. Gəmiqayırmadan tutmuş transformatorların birgə istehsalına, konteyner hablarının inkişafından tutmuş Trans-Xəzər dəhlizinə qədər konkret layihələrin qeyd olunması, əməkdaşlığın nə qədər planlı və strukturlaşdırılmış olduğunu sübut edir.
Xüsusilə Trans-Xəzər Nəqliyyat Marşrutu və onun inkişaf perspektivləri Qazaxıstan və Azərbaycanın geoiqtisadi strateji əhəmiyyətini daha da artırır. Burada diqqətçəkən cəhət liderlərin infrastruktur problemlərini sinxron şəkildə aradan qaldırmaq üçün koordinasiyalı fəaliyyətə verdikləri önəmdir. Bu isə iki ölkənin regional nəqliyyat arteriyalarında yalnız iştirakçı yox, istiqamətverici aktor olmaq istəklərinin sübutudur.
Tokayevin Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəqlindən razılıqla danışması və bu həcmlərin artırılacağına dair mesaj verməsi, həm energetik sinxronluğun, həm də Azərbaycanın infrastruktur imkanlarına inamın göstəricisidir. Digər tərəfdən, dərin sualtı elektrik kabeli layihəsi və Xəzər dənizinin dibindən keçəcək fiber-optik rabitə xətləri kimi texnoloji təşəbbüslər, əməkdaşlığın ənənəvi sahələrdən kənara çıxaraq rəqəmsal və yaşıl iqtisadiyyatla bağlı sektorlara da yayılmağa başladığını göstərir.
Fikrimcə, Prezident İlham Əliyevin Qazaxıstana səfəri, təkcə rəsmi bir hadisə deyil, Türk dünyasında yeni mərhələyə qədəm qoyan tərəfdaşlığın real göstəricisidir.
Müəllif: Politoloq Turan Rzayev
00:05 / 25 May 2026
21
00:01 / 25 May 2026
16
00:01 / 25 May 2026
55
23:58 / 24 May 2026
55
23:36 / 24 May 2026
205
23:32 / 24 May 2026
186
23:23 / 24 May 2026
64
23:13 / 24 May 2026
160
23:13 / 24 May 2026
274
23:03 / 24 May 2026
178
22:43 / 24 May 2026
69
22:18 / 24 May 2026
86
22:04 / 24 May 2026
295
21:40 / 24 May 2026
162
21:39 / 24 May 2026
689
21:30 / 24 May 2026
157
20:41 / 24 May 2026
114
20:19 / 24 May 2026
108
20:11 / 24 May 2026
88
19:39 / 24 May 2026
190
19:09 / 24 May 2026
384
18:55 / 24 May 2026
193
18:37 / 24 May 2026
388
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.