Qaynar xətt:

(+99450) 247 90 86

Prezident onu məhz bu xahişə görə əfv edib 

Prezident onu məhz bu xahişə görə əfv edib 

SİYASƏT

1851

27.05.2025, 17:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin əfv etdikləri arasında Fransa Respublikasının vətəndaşı - 1986-cı ildə anadan olmuş Clerc Theo Hugo da var. O, 2024-cü ildə Bakıda metro divarlarını yazdığı üçün 3 il müddətinə həbs edilmişdi.

Oxu24.com Trend-ə istinadən xəbər verir ki, onun əfv olunması üçün Azərbaycana müxtəlif yerlərdən xahişlər daxil olub.

“AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Bakı səfəri zamanı Prezident İlham Əliyevlə görüşdə belə bir xahiş edib və rəsmi Bakı buna müsbət yanaşıb. Onun əfv olması Fransaya görə yox, məhz bu xahişə görə baş tutub", - mənbə bildirib.