Qaynar xətt:

(+99450) 247 90 86

Tramp general-leytenantı Ukrayna üzrə xüsusi elçi təyin etdi

Tramp general-leytenantı Ukrayna üzrə xüsusi elçi təyin etdi

SİYASƏT

277

27.11.2024, 22:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp keçmiş vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri, general-leytenant Keyt Kelloqa administrasiyasında yeni vəzifə verəcək.

OXU24.COM  xəbər verir ki, Tramp bu barədə “Truth” hesabında yazıb.

O, Kelloqu Ukrayna üzrə xüsusi elçi təyin edəcəyini bildirib.

“Biz birlikdə güc vasitəsilə sülhü təmin edəcəyik, Amerikanı və dünyanı yenidən təhlükəsiz edəcəyik!”, - Tramp vurğulayıb.