ABŞ bizimlə bağlı yekun qərarı verməyib - Zelenski
22 Noyabr 2026, 01:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
281
18.11.2024, 15:02
Noyabrın 18-də COP29 çərçivəsində Tərəflər Paris Sazişinin 6-cı maddəsinin 8-ci paraqrafında istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul ediblər.
Oxu24.com xəbər verir ki, 6.8-ci maddə qeyd olunan yanaşmalar vasitəsilə Tərəflərə milli iqlim planlarını, o cümlədən mitiqasiya və adaptasiya üzrə planların həyata keçirilməsi və davamlı inkişafın təşviqi imkanı yaradır.
COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsini əsas prioritetlərindən biri kimi müəyyən edib. Bu maddə ölkələrin iqlim hədəflərinə çatmaq üçün əməkdaşlıq zamanı etibarlı və şəffaf karbon bazarlarının təmin edilməsini nəzərdə tutur. Həmin maddəyə uyğun bazarlar inkişaf etməkdə olan ölkələrə daha çox investisiya yönəltmək üçün önəmli vasitədir. 6-cı maddənin tam şəkildə tətbiqi ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi üçün sərf etdikləri vəsaiti ildə təxminən 250 milyard ABŞ dolları azalda bilər.
Xatırladaq ki, COP29-un ilk günündə - noyabrın 11-də Paris Sazişinin 6.4-cü maddəsinə uyğun olaraq, Tərəflər karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığa gəliblər. Bu, beynəlxalq karbon bazarının BMT-nin nəzarəti altında fəaliyyət göstərməsini təmin edəcək. Sözügedən standartlar beynəlxalq karbon bazarının yüksək etibarlılığına və emissiyaların azaldılmasına imkan verəcək.
01:34 / 22 Noyabr 2026
6
01:33 / 22 Noyabr 2026
39
23:53 / 21 Noyabr 2026
384
23:41 / 21 Noyabr 2026
154
23:11 / 21 Noyabr 2026
829
23:00 / 21 Noyabr 2026
121
22:47 / 21 Noyabr 2026
322
22:32 / 21 Noyabr 2026
173
22:20 / 21 Noyabr 2026
477
22:02 / 21 Noyabr 2026
371
21:49 / 21 Noyabr 2026
133
21:32 / 21 Noyabr 2026
562
21:27 / 21 Noyabr 2026
164
21:20 / 21 Noyabr 2026
145
21:17 / 21 Noyabr 2026
785
20:49 / 21 Noyabr 2026
1136
20:33 / 21 Noyabr 2026
184
20:09 / 21 Noyabr 2026
2004
19:14 / 21 Noyabr 2026
804
19:12 / 21 Noyabr 2026
224
18:41 / 21 Noyabr 2026
165
18:29 / 21 Noyabr 2026
162
18:19 / 21 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.