Qaynar xətt:

(+99450) 247 90 86

Rövzət Qasımov bu seçki komissiyalarının buraxılmasını təklif etdi

Rövzət Qasımov bu seçki komissiyalarının buraxılmasını təklif etdi

SİYASƏT

282

16.09.2024, 14:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkədə 1500-dən yuxarı paylaşım olub.

Oxu24.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bunların hamısını araşdırıblar:

“Biz ölkəmizin seçicilərinin iradəsinə təsir edənlərin "0" olduğunu göstərməyə çalışacağıq. Bütün araşdırmalar nəticəsində aydın oldu ki, bəzi tədbirlər görülməlidir. Bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb. Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Rövzət Qasımov həmin 36 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasını təklif edib.