Qaynar xətt:

(+99450) 247 90 86

Yüksək vəzifəli şəxs işdən çıxarılıb

Yüksək vəzifəli şəxs işdən çıxarılıb

SİYASƏT

647

15.06.2024, 16:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

 

Nazirlikdən  Oxu24.com-a  məlumatı təsdiqləyiblər.

 

Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib: "Bununla əlaqədar Malik Ələkbərov vəzifəsindən azad edilərək sərəncama götürülüb".

 

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinin icrası İlham Abasquliyevə həvalə edilib.