Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2168
21.01.2020, 23:10
Xəbər verdiyimiz kimi Çində dəhşət və öldürücü korona virusu yayılıb.Artıq virusdan 6 nəfər ölüb,300 nəfər xəstəxanaya yatırılıb.
Virus sürətlə yayıldığından dünya ölkələri narahatlıq keçirib.Ölkələr sərhəddə nəzarəti gücləndirib.
Azərbaycan Dövləti də ciddi tədbirlər görür.
İnsanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çin Xalq Respublikasının Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır.
Dövlət Gömrük Komitəsindən Oxu24.com-a verilən məlumata görə, bununla əlaqədar, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir.
Həmçinin oxuyun
Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb.
Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir.
Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "baş bəyannaməsi" sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.
Bundan başqa, Səhiyyə Nazirliyi və digər müvafiq dövlət qurumları, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün müəyyən edilən mütəmadi əlaqə mexanizmlərinə uyğun olaraq müvafiq işlər həyata keçirilir.
07:55 / 02 Fevral 2026
1
00:13 / 02 Fevral 2026
76
23:54 / 01 Fevral 2026
1378
23:52 / 01 Fevral 2026
283
23:20 / 01 Fevral 2026
197
23:06 / 01 Fevral 2026
263
21:19 / 01 Fevral 2026
432
20:51 / 01 Fevral 2026
449
20:44 / 01 Fevral 2026
632
20:40 / 01 Fevral 2026
458
20:19 / 01 Fevral 2026
547
19:59 / 01 Fevral 2026
2277
19:31 / 01 Fevral 2026
544
19:04 / 01 Fevral 2026
302
17:55 / 01 Fevral 2026
259
17:21 / 01 Fevral 2026
3810
17:19 / 01 Fevral 2026
273
17:04 / 01 Fevral 2026
256
16:49 / 01 Fevral 2026
614
16:47 / 01 Fevral 2026
194
16:26 / 01 Fevral 2026
328
16:14 / 01 Fevral 2026
269
16:06 / 01 Fevral 2026
1399
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.