Çimnaz Quliyeva vəfat etdi
15 Yanvar 2026, 14:14
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
699
21.01.2020, 12:54
Cinayətə meylli şəxslər tək özlərinin yox, həm də ailə üzvlərinin – qohumlarının, övladlarının “tərcümeyi-hal”ını ləkələyir. Bu ləkə, bir ömür boyu onları təqib edir.
Oxu24.com -un məlumatına görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, tutulan şəxslər barədə gündəlik məlumatlandırmanı həyata keçirməkdə məqsəd ona yönəlib ki, cinayətə meylli şəxslərə ibrət olsun, bu əməllərdən çəkinsinlər.
E.Hacıyev vurğulayıb ki, ötən il paytaxtda qeydə alınan cinayətlərin statistikası açıqlanıb:
“Qeydə alınan hər bir cinayət faktı üzrə nə qədər insan əziyyət çəkib və bir ömür boyu birinin qeyri-insanı düşüncəsi ucbatından zərərçəkmişə çevrilib. İndi baxaq, məsuliyyətə cəlb olunanlar, özü ilə bərabər nə qədər cinayətlə əlaqəsi olmayan doğmalarına ziyan vurub, onları sarsıdıb.
Həmçinin oxuyun
Bunu həmin şəxslər nəzərə alırmı? Mübahisəlidir. Anlaqlı şəxs ictimai təhlükəli əməlinin nəticəsini görməli olduğu halda görmürsə, bu, onun mənəvi-əxlaqi keyfiyyətləri ilə bağlıdır.
Məsələn, mülkiyyət əleyhinə olan cinayətlərdə əgər cinayətə meylli şəxslər başqasının alın təri ilə qazandıqlarını talamağı qarşısına məqsəd qoyub özünü və yaxın ətrafını xoşbəxt edəcəcəyini düşünürsə, yanılırlar.
Onlar heç bir halda cəza təhdidindən xilas ola bilməyəcəklər. Əmin olsunlar ki, geci-tezi var!”.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova 2019-cu ilin hesabat tədbirində bildirib ki, ötən il paytaxtda ümumilikdə 11min 176 cinаyət qеydə аlınıb ki, оnlаrın dа 88,6 faizi аz аğır, 11,4 faizi isə аğır və хüsusilə аğır növlər оlub.
2018-ci illə müqayisədə hesabat dövründə ümumi cinayətlər 5,4, аğır və хüsusilə аğır cinayətlər 2,3, az ağır cinayətlər 5,4, böyük ictimai təhlükə törətməyən cinayətlər 6,6, adam öldürməyə cəhdlər 18,8, dələduzluq 33,9, soyğunçuluq 3,7, quldurluq 3,9, hədə-qorxu ilə tələb etmə 28,9 faiz azalıb.
00:13 / 02 Fevral 2026
50
23:54 / 01 Fevral 2026
867
23:52 / 01 Fevral 2026
166
23:20 / 01 Fevral 2026
165
23:06 / 01 Fevral 2026
181
21:19 / 01 Fevral 2026
353
20:51 / 01 Fevral 2026
369
20:44 / 01 Fevral 2026
526
20:40 / 01 Fevral 2026
384
20:19 / 01 Fevral 2026
507
19:59 / 01 Fevral 2026
2122
19:31 / 01 Fevral 2026
526
19:04 / 01 Fevral 2026
281
17:55 / 01 Fevral 2026
239
17:21 / 01 Fevral 2026
2687
17:19 / 01 Fevral 2026
254
17:04 / 01 Fevral 2026
232
16:49 / 01 Fevral 2026
577
16:47 / 01 Fevral 2026
163
16:26 / 01 Fevral 2026
307
16:14 / 01 Fevral 2026
251
16:06 / 01 Fevral 2026
417
15:51 / 01 Fevral 2026
219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.