Hüseyn əməliyyat olundu
17 Sentyabr 2026, 22:17
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
503
15.09.2026, 18:25
Ali təhsil bir çox valideynin övladının gələcəyinə verdiyi mühüm investisiyalardan biridir. Kimi bu təhsili Azərbaycanda, kimi isə xarici ölkədə almağa üstünlük verir. Xarici univseritetlərə üz tutanlar arasında adi vətəndaşlarla yanaşı məşhurların da övladları var. Onlar Ali təhsil almaq üçün əsasən Çin, Böyük Britaniya, Türkiyə və Avropanın müxtəlif ölkələrində yerləşən nüfuzlu ali məktəbləri seçirlər. Orada təhsil alaraq həm akademik, həm də peşəkar istiqamətdə özlərini inkişaf etdirirlər.
Oxu24.com bu dəfə BAKU.WS saytı oxuculara övladları xarici ölkələrdə Ali təhsil alan azərbaycanlı məşhurların siyahısını təqdim edir:
Məşhur aparıcı Samirə Mustafayevanın qızı Nuran Çinin nüfuzlu ali təhsil müəssisələrindən birində tələbədir. Qızının təhsili ilə əlaqədar aparıcı tez-tez Çinə səfərlər edir və bu ölkədən çəkdirdiyi fotoları, eləcə də təəssüratlarını mütəmadi olaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşür.
Tanınmış televiziya aparıcısı Lalə Azərtaşın hər iki qızı Böyük Britaniyada ali təhsil alır. Solmaz Bayramlı Böyük Britaniyanın University of Brighton universitetində "Marketinq ixtisası üzrə biznesin idarə edilməsi" (Business Management with Marketing) ixtisası üzrə təhsil alır. Gülara Bayramlı isə təhsilini Böyük Britaniyanın London şəhərində yerləşən nüfuzlu ali məktəblərdən birində davam etdirir.
Xalq artisti Məleykə Əsədovanın qızı Gülər bu il magistraturaya qəbul olunub. O, ali təhsilinin növbəti pilləsini xaricdə davam etdirəcək. Aktrisa sosial şəbəkə hesabında paylaşım edərək qızının Çinin Quançjou şəhərində təhsil alacağını bildirib.
Aparıcı Aytəkin Mərdənovanın oğlu Fərid də xaricdə təhsil alan tələbələrdəndir. Onun övladı Avropanın nüfuzlu təhsil ocaqlarından biri olan Budapeştin Korvinus Universitetinin (Corvinus University of Budapest) "Data Science in Business" fakültəsinə Ali təhsil alır.
Müğənni Nigar Camalın qızı Jasmin Ali təhsilini Böyük Britaniyada alır. İfaçı müsahibələrinin birində qızının İngiltərənin nüfuzlu təhsil müəssisələrindən biri olan London Şəhər Universitetində (City, University of London) iqtisadiyyat fakültəsində təhsil aldığını bildirib.
Tanınmış aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xaricdə təhsil alan tələbələr sırasındadır. O, Rusiyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Rusiya Xalqlar Dostluğu Universitetində (RUDN) Ali təhsilini davam etdirir.
Əməkdar artist Toğrul Əsədullayevin oğlu Çindəki nüfuzlu ali məktəblərdən birində oxuyur. Onun övladı Mirəkbər Çinin Harbin Universitetində Ali təhsil alır.
Aparıcı Zümrüd Bədəlovanın yeganə övladı olan Ləman da ali təhsilini xaricdə alan tələbələrdəndir. O, Türkiyənin Ankara şəhərində təhsil alır. Aparıcı qızı ilə bağlı tez-tez sosial şəbəkə hesabında paylaşımlar edir.
Məşhur aparıcı Aytən Səfərovanın qızı Aiza xaricdə ali təhsil alan tələbələrdən biridir. O, Türkiyənin Tekirdağ Namık Kamal Universitetinin psixologiya fakültəsində təhsilini davam etdirir.Baku.ws
23:08 / 19 Sentyabr 2026
8
23:01 / 19 Sentyabr 2026
15
22:54 / 19 Sentyabr 2026
27
22:39 / 19 Sentyabr 2026
37
22:29 / 19 Sentyabr 2026
62
22:13 / 19 Sentyabr 2026
171
21:53 / 19 Sentyabr 2026
60
21:35 / 19 Sentyabr 2026
61
21:34 / 19 Sentyabr 2026
55
21:19 / 19 Sentyabr 2026
89
21:09 / 19 Sentyabr 2026
67
21:05 / 19 Sentyabr 2026
67
20:58 / 19 Sentyabr 2026
195
20:52 / 19 Sentyabr 2026
64
20:30 / 19 Sentyabr 2026
79
20:30 / 19 Sentyabr 2026
75
20:23 / 19 Sentyabr 2026
72
20:13 / 19 Sentyabr 2026
66
20:09 / 19 Sentyabr 2026
196
20:00 / 19 Sentyabr 2026
69
19:54 / 19 Sentyabr 2026
82
19:48 / 19 Sentyabr 2026
55
19:48 / 19 Sentyabr 2026
269
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.