Əli İsa Cabbarovdan qat-qat yaxşı işi bilənlər var — Əmir Pəhləvanla MÜSAHİBƏ
01 İyun 2026, 14:30
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
2831
27.04.2018, 10:24
Bakının Xətai rayonundakı 263 saylı orta məktəbdə 1-ci sinifdə oxuyan oğlan uşağının həmin məktəbin 10-cu sinif şagirdi (bəzi məlumata görə iki şagirdi) tərəfindən zorlanması, yaxud seksual zorakılığa məruz qalması iddiaları ilə bağlı qalmaqaldan sonra bu gün məktəbdə valideyn iclası keçirilib. İclasda direktor Nurqələm Bayramova və uşağın himayəçisi qismində çıxış edən xalası məlumatı yayanları məhkəmə ilə hədələyib.
Yuxarı sinif şagirdləri isə deyirlər ki, zorlama həqiqətən baş verib, sadəcə məsələni gizlətməyə çalışırlar.
“Hadisə dərs vaxtı olub, tualetdə uşaqdan başqa heç kim yoxmuş. Zorlayanlar qalıb bir kənarda, başqa bir uşağın boynuna qoymağa çalışıblar. Həmin oğlanı uşağa göstəriblər, o da tanımadığını deyib. Direktor həmin uşaqların kim olduğunu yaxşı bilir. Onuncular məktəbə yalnız həftənin 2 günü gəlirlər, digər günlər repititor yanına gedirlər. Eşitdiyimizə görə oğlanların biri məktəbin yaxınlığında yaşayır. Hadisədən sonra qorxusundan məktəbə gəlmirlər”-yuxarı sinif şagirdlərindən biri deyib.
Məktəbdə olan daha bir mənbə isə deyib ki, uşaq ona qarşı iyrənc hərəkət edən 10-cu sinif şagirdinin əlamətlərini sadalayıb-eynək taxır, üzü sızanaqlıdır.
Təhsil eksperti Kamran Əsədli məktəb ətrafında bu qalmaqalı virtualaz.org-a şərh edərkən deyib ki, onun da məktəbdəki mənbələri zorlama hadisəsinin olduğunu təsdiqləyir.
“Məktəbdə belə cinayət verirsə, buna görə məktəb direktoru, tərbiyə işləri üzrə müavin və sinif rəhbəri məsuliyyət daşıyır. Hadisə araşdırılanadək hər üçü vəzifəsindən kənarlaşdırılmalıdır. Mən şokdayam, başqa heç nə deyə bilmirəm. Hadisə olubsa və bu işi ört-basdır edirlərsə qoy onların da övladlarının başına belə hadisə gəlsin”-K.Əsədli deyir.
Lakin göründüyü kimi bu cür dəhşətli cinayət əməlinin baş verdiyi iddia edilən məktəbin direktoru, müavini və sinif rəhbəri vəzifələrindən hələ də kənarlaşdırılmayıb. Bakı şəhər Təhsil İdarəsinin rəisi Məhəbbət Vəliyeva da hələ ortaya çıxıb məktəbdə nə baş verdiyi haqda danışmayıb, məsələyə münasibət bildirməyib və məktəb rəhbərliyi barəsində tədbir görməyib. Hansı ki, təhsil sferası üzrə mütəxəssislər deyirlər ki, Bakı məktəbləri məhz M.Vəliyevanın bu vəzifəyə təyin olunmasından sonra əsl bazara çevrilib. Repititor yanına gedən yuxarı snif şagirdlərinin pul qarşılığında dərslərdən azad edilməsi, uşaqlardan pul yığılması, müəllimlərin dərs keçməkdən başqa nə işlə desən məşğul olması onun vaxtında geniş yayılıb.
00:10 / 15 İyun 2026
34
23:59 / 14 İyun 2026
52
23:49 / 14 İyun 2026
57
23:42 / 14 İyun 2026
528
23:40 / 14 İyun 2026
69
23:40 / 14 İyun 2026
87
23:29 / 14 İyun 2026
313
23:27 / 14 İyun 2026
54
22:57 / 14 İyun 2026
61
22:22 / 14 İyun 2026
69
21:59 / 14 İyun 2026
82
21:45 / 14 İyun 2026
97
21:05 / 14 İyun 2026
112
20:48 / 14 İyun 2026
90
20:42 / 14 İyun 2026
130
19:53 / 14 İyun 2026
94
19:40 / 14 İyun 2026
114
18:50 / 14 İyun 2026
120
18:44 / 14 İyun 2026
83
18:37 / 14 İyun 2026
120
18:31 / 14 İyun 2026
129
18:21 / 14 İyun 2026
122
11:30 / 14 İyun 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.