Səhnəyə çıxmaq üçün adını dəyişən aktrisanın maraqlı həyat hekayəsi
07 İyul 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
620
14.04.2026, 21:18
1986-cı ildə Kamerunda baş verən hadisə dünya elmini şoka salmış ən qeyri-adi təbii fəlakətlərdən biri kimi tarixə düşüb. Kamerunun Nyos gölü ətrafında yerləşən kəndlərdə insanlar adi gün kimi yatdıqları gecədən sonra bir daha oyanmayıblar.
Oxu24.com xəbər verir ki,hadisə zamanı nə partlayış, nə zəlzələ, nə də sunami qeydə alınıb. Kəndlərdə insanlar, heyvanlar və quşlar yataqlarında və olduqları yerlərdə həyatlarını itiriblər. Göl ətrafında təxminən 25 kilometrlik ərazidə demək olar ki, bütün canlılar məhv olub.
Mütəxəssislərin araşdırmalarına görə, Nyos gölü sönmüş vulkan krateri üzərində yerləşir və onun dərinliyində uzun illər ərzində karbon qazı (CO₂) toplanıb. Gölün laylı və qarışmayan su strukturu qazın səthə çıxmasının qarşısını alıb və nəticədə qaz dərinlikdə “yığılıb qalıb”.
1986-cı il avqustun 21-də baş verən təbii tarazlıq pozuntusu nəticəsində bu qaz kütləvi şəkildə səthə çıxıb. Havadan ağır olan karbon qazı sürətlə vadilərə yayılaraq aşağı əraziləri bürüyüb. İnsanlar yuxuda ikən oksigensiz qaldıqları üçün boğularaq həyatlarını itiriblər.
Hadisə nəticəsində 1700-dən çox insanın öldüyü, həmçinin bütün canlı həyatının ciddi şəkildə zərər gördüyü bildirilir. Nyos gölü bu gün də “limnik püskürmə” kimi tanınan nadir və təhlükəli təbiət hadisəsinin ən məşhur nümunələrindən biri hesab olunur.
Nigar
14:31 / 07 İyul 2026
1
14:00 / 07 İyul 2026
50
13:55 / 07 İyul 2026
52
13:52 / 07 İyul 2026
63
13:45 / 07 İyul 2026
55
13:40 / 07 İyul 2026
65
13:36 / 07 İyul 2026
68
13:29 / 07 İyul 2026
66
13:23 / 07 İyul 2026
61
13:15 / 07 İyul 2026
69
13:10 / 07 İyul 2026
835
12:54 / 07 İyul 2026
275
12:53 / 07 İyul 2026
77
12:42 / 07 İyul 2026
78
12:31 / 07 İyul 2026
424
12:25 / 07 İyul 2026
81
12:18 / 07 İyul 2026
148
12:00 / 07 İyul 2026
1624
11:58 / 07 İyul 2026
86
11:52 / 07 İyul 2026
230
11:51 / 07 İyul 2026
69
11:33 / 07 İyul 2026
93
11:22 / 07 İyul 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.