Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1526
10.12.2025, 23:31
Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biri olan və "Axırıncı aşırım" filmindən tanıdığımız Kərbəlayi İsmayıl haqqında danışmazdan öncə qeyd edək ki, həmin dövrdə Azərbaycan, Ermənistan və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökumətə qarşı güclü müqavimət ruhu baş qaldırmışdı.
Oxu24.com xəbər verir ki, Quba ətrafında gedən müqavimətə Qaçaq Mayıl, Lənkəranda Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda Qaçaq İsaxan başçılıq ediblər.
Kərbəlayi İsmayıl Məhərrəm oğlu 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində doğulub.
Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri Azərbaycan torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib.
1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub.
Bundan sonra o, daşburunlularla birlikdə türk torpaqlarını qorumaq üçün mücadilə aparıb.
Kərbəlayi İsmayıl Qərbi Azərbaycan ərazisində erməni təcavüzü və bolşevik işğalına qarşı mübarizə aparırdı. Sonradan Türkiyə tərəfə keçmək məcburiyyətində qaldı.
Burda isə onu heç də sakit həyat gözləmirdi. Kərbəlayi İsmayıl 1931-ci ildə qohumları ilə birlikdə İğdır ilinin Daşburun kəndinə gəlir.
Bu elə bir vaxt idi ki, Ermənistanla sərhəd olan ərazilərdə hələ də daşnaklar at oynadırdı.Az bir zamanda xalqı ətrafında birləşdirən Kərbəlayi İsmayıl ermənilərə qarşı mübarizədən qalib çıxa bilir.
Kərbəlayi İsmayıl Türkiyədə yaşadığı illərdə doğulduğu Vedibasar elindəki Çimən kəndinin adını özünə soyad kimi götürüb.1948-ci ildə Daşburun kəndində 78 yaşında vəfat edib.
2008-ci ildə Azərbaycanın Qarsdakı konsulu Həsən Zeynalov və Türkiyə ictimaiyyətinin səyi ilə Kərbəlayi İsmayılın uyuduğu qəbiristanda onun şərəfinə abidə ucaldılıb.Bu abidə həm də Qərbi Azərbaycandakı topaqlar uğrunda mübarizə aparan şəhidlərin xatirəsinə həsr edilib.
Hər il aprelin 28-i ərəfəsində İğdır ilinin Daşburun kəndində Kərbəlayi İsmayılın anım günü qeyd edilir. Kəndin ərazisində həmyerlimizin məzarı üstə ucaldılan abidənin ətrafında mitinq keçirilir.XX əsrin əvvəlində ermənilər tərəfindən türk xalqına qarşı törədilən soyqırıma etiraz səslənir...
Hazırladı: Tarixçi Namiq Həsənov
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.