Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
650
17.11.2025, 18:32
Mətbəxdə istifadə etdiyiniz bəzi ləvazimatları daha güclü təmizləyicilərlə yumaq istəyə bilərsiniz. Amma qida ilə birbaşa təmasda olan əşyalar üçün kimyəvi maddələrdən uzaq durmaq ən doğru seçimdir. Doğrama taxtaları da bu siyahıya daxildir. Buna görə də onları xlor, yuyucu toz və digər sərt kimyəvilərlə yumaq məsləhət görülmür.
Oxu24.com xəbər verir ki, bu taxtalar düzgün təmizlənmədikdə bakteriya yığa və sağlamlıq üçün risk yarada bilər. Amma onları kimyəvi maddələrlə yumaq, xüsusilə taxta materialdan olanları korlayır və qurudaraq çatlamasına səbəb ola bilər.
Əslində doğrama taxtasını dərindən təmizləmək üçün lazım olan tək şey tuzdur.
Duz taxtanın səthindəki ləkələri, qida qalıqlarını çıxarır və aşındırıcı təsir göstərir. Eyni zamanda suyu özünə çəkdiyi üçün bakteriyaların içindəki nəmi alıb onları qurudur və məhv edir.
Xüsusi bir duz növünə ehtiyac yoxdur. Evdə olan iri dənəli və ya adi mətbəx duzu kifayətdir. Limonla birlikdə istifadə etdikdə nəticə daha yaxşı olur.
Limonun turşuluğu yağlı qalıqları əridir, ləkələri açır, köhnə qoxuları aradan qaldırır.
Doğrama taxtasının düzgün təmizlənmə qaydası
Taxtanı əvvəlcə su ilə durulayın.
Üzərinə təxminən 1-1,5 stəkan duz səpin.
Bir limonu iki yerə bölün və kəsik hissəsi ilə duzu taxtaya yaxşıca yedirdin.
Qarışığı 5-10 dəqiqə taxtanın üzərində saxlayın.
Sonra duzu taxtadan sıyırın və ya su ilə yuyun.
Üstündəki qalıqları təmizləmək üçün süngərdən istifadə edin.
Bu zaman duz və limonun qarışığının rənginin bozlaşdığını görəcəksiniz - bu, çıxan yağ və kir hissəcikləridir.
Tuz-limon üsulu daha çox ayda bir dəfə edilən dərin təmizlik üçündür. Gündəlik olaraq sadəcə isti su ilə yumaq kifayətdir.
Dərin təmizləmədən sonra taxta tam quruduqda üzərinə qida üçün uyğun mineral yağ çəkmək onun çatlamasının qarşısını alır və ömrünü uzadır.(milli.az)
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.