Azərbaycan haqqında maraqlı FAKTLAR
21 May 2026, 16:31
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
721
03.11.2025, 23:08
Oxu24.com oxucularına maraqlı faktları təqdim edir:
"İgid əsgər,möhkəm dayan", "Cənab leytenant!" mahnılarının müəllifinin kim olduğunu bilirdinizmi?
Bu mahnılar Vətən Müharibəsi günlərində ən çox səsləndirilən ifalardan biri idi.
Ordunu döyüşə,mübarizəyə səsləyən bu mahnıların həm sözlərinin, həm də musiqisinin müəllifi Şahin Musaoğludur.
1992-ci ildə Birinci Qarabağ müharibəsinin getdiyi vaxt, bəstəkar Şahin Musaoğlu özünün ilk mahnısı "İgid əsgər, möhkəm dayan"-ı bəstələyir. Mahnı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunub. Mahnını ilk dəfə Şəmistan Əlizamanlı ifa edib.
O, həmçinin Milli Ordunun ilk batalyonuna həsr olunan "Cənab Leytenant" (Şəmistan Əlizamanlı və Nəsibə Bədəlbəyli ifa edir), "Birinci Batalyon" və 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Qərib Karvan" mahnısının müəllifidir.
Şahin Musaoğlu 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub.
Indiyədək bəstələdiyi 40 a yaxın (38) mahnının əksər sözlərinin də müəllifi olan Ş. Musaoğlunun şeirləri müxtəlif şeir toplularında və mətbuat orqanlarında, o cümlədən xarici ölkələrin (Böyuk Britaniya, Amerika, İran, Türkiyə, Küveyt, Rusiya) populyar dərgi, qəzet və internet saytlarında işıq üzü görüb.
O,ixtisasca həkimdir.Azərbaycan Tibb Universitetini bitirib.
Hal hazırda özəl tibb mərkəzinin poliklinika müdiri və Badam Medikal center klinikasının dioqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailəlidir, iki oğlu var.
Hazırladı: Nigar
21:45 / 23 May 2026
8
21:35 / 23 May 2026
89
21:28 / 23 May 2026
36
21:13 / 23 May 2026
150
21:02 / 23 May 2026
88
20:59 / 23 May 2026
107
20:54 / 23 May 2026
143
20:39 / 23 May 2026
158
20:19 / 23 May 2026
67
19:52 / 23 May 2026
256
19:44 / 23 May 2026
276
19:32 / 23 May 2026
200
19:30 / 23 May 2026
84
19:26 / 23 May 2026
75
19:19 / 23 May 2026
82
19:02 / 23 May 2026
87
18:39 / 23 May 2026
87
18:35 / 23 May 2026
811
18:33 / 23 May 2026
97
18:27 / 23 May 2026
87
18:23 / 23 May 2026
81
18:09 / 23 May 2026
101
18:00 / 23 May 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.