Qaynar xətt:

(+99450) 247 90 86

Dərəyə yıxılan uşaq belə xilas edildi - VİDEO

Dərəyə yıxılan uşaq belə xilas edildi - VİDEO

CƏMİYYƏT

316

16.06.2024, 20:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran-Lerik yolunun 23-cü kilometrliyində yerləşən istirahət mərkəzinin ərazisində yeniyetmənin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə OXU24.COM -a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü Ş.Məmmədlinin istirahət mərkəzinin ərazisində yıxılaraq dərəyə düşdüyü və ağacdan asılı vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən xüsusi alpinist ləvazimatlarının köməyi ilə yeniyetmə dərədən çıxarılaraq ailəsinə təhvil verilib.