Qaynar xətt:

(+99450) 247 90 86

Qəbələdə 23 yaşlı qızın öldüyü yanğının videosu

2018-10/1538999716_dyt6.jpg

KRİMİNAL

1046

08.10.2018, 15:56

 Xəbər verdiyimiz kimi, Qəbələdə suriyalı ailənin kirayə qaldığı evdə yanğın baş verib. Nəticədə evin 23 yaşlı qızı yanaraq ölüb, 6 nəfər isə xəsarət alıb.
Oxu24.com xəbər verir ki, ARB TV yanğın anının görüntülərini yayıb. Qeyd edək ki, yanğın zamanı 23 yaşlı Arbua Adnan Əl-Həmidi yanaraq ölüb. Evdə olan digər ailə üzvləri - 25 yaşlı Əhməd Adnan Əl-Həmidi, 17 yaşlı Nura Adnan Əl-Həmidi, 29 yaşlı Sara Adnan Əl-Həmidi, 1 yaşlı Adam Nudar Əl-Behni, 58 yaşlı Raba Muhammed  Əl-Rabaşda və 60 yaşlı Adnan Al-Hamidi bədənin müxtəlif bədən xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Yaralılara ilkin yardım göstərilib, 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.