Güclü yağın: Həyatıı itirən var
02 Fevral 2026, 09:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
699
22.01.2020, 15:43
Bakının Xəzər rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.
Oxu24.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə yanvarın 18-də Türkan qəsəbə sakini N.Məmmədovun "Forland” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin dövlət qeydiyyat nişanları üzərində olan "Daewoo” markalı avtomobilin hərəkətdə olması aşkar edilib.
Qeyd olunan avtomobili idarə edən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hadıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Həmçinin oxuyun
Bundan başqa, Bakı şəhər Baş Polis İdarəsinin və Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da və 8-də V.Cəfərovun və S.Soltanovanın mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov saxlanılıb.
Daha iki əməliyyat Qaradağ rayonunda keçirilib.
Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 435 qram marixuana aşkar edilib.
Bundan başqa, 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon ərazisindəki 4 evdən 270 manat, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Abasov və N.Məmmədov saxlanılıblar.
09:57 / 02 Fevral 2026
12
09:52 / 02 Fevral 2026
15
09:52 / 02 Fevral 2026
19
09:49 / 02 Fevral 2026
21
09:42 / 02 Fevral 2026
23
09:37 / 02 Fevral 2026
27
08:30 / 02 Fevral 2026
187
08:25 / 02 Fevral 2026
39
07:55 / 02 Fevral 2026
231
00:13 / 02 Fevral 2026
88
23:54 / 01 Fevral 2026
1807
23:52 / 01 Fevral 2026
351
23:20 / 01 Fevral 2026
213
23:06 / 01 Fevral 2026
295
21:19 / 01 Fevral 2026
496
20:51 / 01 Fevral 2026
520
20:44 / 01 Fevral 2026
668
20:40 / 01 Fevral 2026
522
20:19 / 01 Fevral 2026
603
19:59 / 01 Fevral 2026
2464
19:31 / 01 Fevral 2026
564
19:04 / 01 Fevral 2026
318
17:55 / 01 Fevral 2026
269
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.