Əmisi tərəfindən balta ilə öldürülən qızın FOTOSU
01 Fevral 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1043
22.01.2020, 12:19
Abşeronda meyiti kanalda tapılan ruhi xəstənin öldürüldüyü məlum olub.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Abşeron Rayon Polis İdarəsinə (RPİ) Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Həmçinin oxuyun
C.Əhmədovun üzərində zorakılıq əlamatləri olan meyitinin yanvarın 21-də Çaylı kəndinin ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində “Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparılması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıblar.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
07:55 / 02 Fevral 2026
1
00:13 / 02 Fevral 2026
76
23:54 / 01 Fevral 2026
1378
23:52 / 01 Fevral 2026
283
23:20 / 01 Fevral 2026
197
23:06 / 01 Fevral 2026
263
21:19 / 01 Fevral 2026
432
20:51 / 01 Fevral 2026
449
20:44 / 01 Fevral 2026
632
20:40 / 01 Fevral 2026
458
20:19 / 01 Fevral 2026
547
19:59 / 01 Fevral 2026
2277
19:31 / 01 Fevral 2026
544
19:04 / 01 Fevral 2026
302
17:55 / 01 Fevral 2026
259
17:21 / 01 Fevral 2026
3810
17:19 / 01 Fevral 2026
273
17:04 / 01 Fevral 2026
256
16:49 / 01 Fevral 2026
614
16:47 / 01 Fevral 2026
194
16:26 / 01 Fevral 2026
328
16:14 / 01 Fevral 2026
269
16:06 / 01 Fevral 2026
1399
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.