15 yaşlı uşaq əmisi tərəfindən öldürülüb
01 Fevral 2026, 21:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
724
18.01.2020, 13:18
Bakının Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində azyaşlını döyən müəllim işdən çıxarılıb.
Milli.Az xəbər verir ki, vətəndaş Sərkinaz Quliyeva yeniavaz.com-a bildirib ki, oğlu Mirəli Quliyevə məktəbdə direktor və müəllimlər tərəfindən fiziki və psixoloji təzyiqlər göstərilir: "Direktor 11-ci sinif şagirdlərini gətirib onlara balaca uşaqları döydürtdürür".
S.Quliyeva uşaq evində müəllimlərdən birinin 3-5 yaşlı bir oğlan uşağını döyməsinin əks olunduğu videonu da təqdim edib.
Uşaq evinin direktoru Sevda Hacıyeva isə qeyd edib ki, şagird Mirəli Quliyevin psixoloji problemləri var:
"Bir neçə gün əvvəl gecə saat 12-də Mirəlinin tutması tutub, burada bir qızı boğub, biz də "skoru" və polis çağırmışıq. Gəldim gördüm ki, qızı boğub, dırnaqlarının izi qalıb. Nənəni - gecə növbətçisini vurub, burnu gömgöy olub, şişib. Növbətçinin və qızın vurulmasını 33-cü polis bölməsində sənədləşdirilib. Əslində, o uşaq kollektiv içində yaşamamalıdır. Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov tərəfindən verilən sənəddə bildirilir ki, uşaq 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməlidir. Anası da deyir ki, guya o sənəd saxtadı və mən hazırlamışam. Bu uşaq tutması tutan zaman bıçaqla bütün qapıları deşik-deşik edib. O, həmin bıçaqla kiməsə xəsarət də yetirə bilərdi. Kadrda isə uşağı vuran müəllim Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən artıq uşaq evindən uzaqlaşdırılıb".
Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi də məlumat yayıb.
Həmçinin oxuyun
Oxu24.com xəbər verir ki, idarədən Trend-ə verilən məlumata görə, Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.
Bildirilib ki, qeyd edilən hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən, dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.
21:19 / 01 Fevral 2026
81
20:51 / 01 Fevral 2026
68
20:44 / 01 Fevral 2026
144
20:40 / 01 Fevral 2026
102
20:19 / 01 Fevral 2026
208
19:59 / 01 Fevral 2026
959
19:31 / 01 Fevral 2026
279
19:04 / 01 Fevral 2026
146
17:55 / 01 Fevral 2026
173
17:21 / 01 Fevral 2026
1552
17:19 / 01 Fevral 2026
188
17:04 / 01 Fevral 2026
184
16:49 / 01 Fevral 2026
475
16:47 / 01 Fevral 2026
95
16:26 / 01 Fevral 2026
262
16:14 / 01 Fevral 2026
209
16:06 / 01 Fevral 2026
152
15:51 / 01 Fevral 2026
178
15:30 / 01 Fevral 2026
1219
14:59 / 01 Fevral 2026
179
13:45 / 01 Fevral 2026
127
13:27 / 01 Fevral 2026
95
13:20 / 01 Fevral 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.