Ağır qəzada həlak olan İKİ DOST
03 Noyabr 2026, 00:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
280
28.08.2026, 13:14
Teleaparıcı Nigar Fərhadın ötən gün saxlanılması yenidən onun rəhbərlik etdiyi “AİD Group”la bağlı məsələni gündəmə gətirib.
Oxu24.com xəbər verir ki, xaricdə təhsil agentliyinin rəhbərliyinə qarşı açılmış cinayət işi üzrə zərərçəkənlərin sayı günbəgün artır. Onlar şikayətlərini eyni zamanda sosial şəbəkələr üzərindən ictimailəşdirməyə başlayıblar.
Bu məqamda məlum olub ki, Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə bir müddət əvvəl məhz Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılaraq həbs edilib. Bu haqda Baku.es məlumat yayıb.
Artıq şirkətin rəhbəri Nigar Fərhad da daxil olmuş çoxsaylı vətəndaş şikayətləri əsasında Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən tutulub və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Gün ərzində Nigar Fərhadın barəsində də həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “AİD Group” xaricdə təhsil sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biridir. Şirkət Samir Yəhyazadə və həyat yoldaşı Nigar Fərhad tərəfindən yaradılıb. Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, eyni zamanda müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb. Həbs edilən Samir Yəhyazadə isə əsasən Amerikanın Nyu-York şəhərində yaşayır, peşəkar İT mütəxəssisidir.
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.