Ceyhunla bağlı ŞOK DETAL
24 Oktyabr 2026, 20:31
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1777
13.08.2026, 20:56
Abşeron Ərazi İdarəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət edən Türkər Əliyevanın iştirakı ilə insident baş verib.
Oxu24.com xəbər verir ki, “Haqqin.az”ın məlumatına görə, Türkər Əliyeva daşınmaz əmlaka dair sənədlərlə bağlı məsələnin həlli üçün idarəyə müraciət edib. Bildirilir ki, o, bundan əvvəl də bir neçə gün ərzində məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər edib.
İddiaya görə, idarə əməkdaşlarında təqdim olunan sənədin həqiqiliyi ilə bağlı şübhələr yaranıb. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub.
Məlumata görə, mübahisə zamanı Türkər Əliyeva üzərində dövlət gerbi olan rəsmi sənədi cıraraq dövlət qulluqçusunun üzərinə atıb və yüksək səslə danışıb. Həmin vaxt növbədə olan İkinci Qarabağ müharibəsi veteranının ona sakit danışmağı xahiş etdiyi bildirilir.
İddiaya əsasən, bundan sonra Türkər Əliyeva həm veteranı, həm də dövlət qulluqçusunu müxtəlif dövlət qurumlarında əlaqələrinin olduğunu söyləməklə hədələyib. Həmçinin onun sürücüsünü çağıraraq veteranın üzərinə göndərdiyi də iddia olunur.
Qeyd edək ki, Türkər Əliyevanın keçmiş Müdafiə Nazirliyi idarəsinin rəisi, general-mayor Natiq Əliyevin qızı olduğu bildirilir.
Türkər Əliyeva isə yayımladığı video müraciətdə hadisəyə fərqli mövqedən yanaşıb. O, Abşeron rayon daşınmaz əmlak idarəsində Orxan Əlizadə adlı şəxsin ona təzyiq göstərdiyini bildirib və baş verənlərlə bağlı aidiyyəti dövlət qurumlarından araşdırma aparılmasını istəyib.
“Musavat.com”un məlumatına görə, Natiq Əliyev uzun müddət Müdafiə Nazirliyinin Tibb xidmətinin rəisi vəzifəsində çalışıb. O, 1964-cü ildə Qərbi Azərbaycanın Krasnoselo (Çəmbərək) rayonunun Əmirxeyir kəndində anadan olub.
Natiq Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. 1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.
2013-cü ildə ona tibb xidməti general-mayoru hərbi rütbəsi verilib. 2020-ci ilin iyununda vəzifəsindən azad edilib. Natiq Əliyevin Türkərdən başqa Namiq adlı oğlunun da olduğu bildirilir.
Hazırda tərəflərin səsləndirdiyi iddialarla bağlı araşdırmanın nəticəsi məlum deyil.
20:34 / 24 Oktyabr 2026
7
20:31 / 24 Oktyabr 2026
191
20:12 / 24 Oktyabr 2026
52
20:05 / 24 Oktyabr 2026
58
19:55 / 24 Oktyabr 2026
65
19:40 / 24 Oktyabr 2026
69
19:09 / 24 Oktyabr 2026
93
18:55 / 24 Oktyabr 2026
76
18:40 / 24 Oktyabr 2026
82
18:27 / 24 Oktyabr 2026
83
18:20 / 24 Oktyabr 2026
197
18:13 / 24 Oktyabr 2026
100
18:07 / 24 Oktyabr 2026
78
18:02 / 24 Oktyabr 2026
517
17:59 / 24 Oktyabr 2026
84
17:59 / 24 Oktyabr 2026
447
17:38 / 24 Oktyabr 2026
2002
17:27 / 24 Oktyabr 2026
678
17:19 / 24 Oktyabr 2026
273
16:25 / 24 Oktyabr 2026
81
15:22 / 24 Oktyabr 2026
153
15:00 / 24 Oktyabr 2026
110
14:55 / 24 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.