Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK olay: Marketin soyuducusundan çürümüş meyit tapıldı

2019-07/1563960939_1558422378_412960744.jpg

KRİMİNAL

2336

24.07.2019, 13:36

  Supermarketdən meyit tapılıb. Məlum olub ki, marketdən tapılan meyit 10 il əvvəl itkin düşmüş şəxsə məxsusdur.
Oxu24.com xəbər verir ki, ABŞ mətbuatı olayla bağlı sensasion faktı yayımlayıb. Məlum olub ki, bir müddət öncə bağlanan supermarketin ərazisi işçilər tərəfindən yığışdırılan zaman oradan meyit tapılıb. Meyit çürüdüyündən onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Buna görə də DNT analizləri keçirilib. Məlum olub ki, cəsədi tapılan şəxs 2009-cu ildə itkin düşmüş  Larry Ely Murillo-Moncada adlı şəxsə məxsusdur. İstintaq qrupu gəncin hansı şəraitdə öldüyünü araşdıran zaman dəhşətli faktla qarşılaşıb. Onlar belə qənaətə gəlib ki, 25 yaşlı gənc işlədiyi marketdə qəza zamanı faciəli şəkildə ölüb. Beləki o soyuducunun üzərinə çıxaraq əşyaları yerləşdirmək istəyərkən ayağı sürüşərək yarım metr dərinliyində olan soyuducunun içərisinə düşüb. Huşunu itirdiyi üçün orada ölüb.
Murillo-Moncada'nın anası Anna Moncada, o zamanlar mətbuata verdiyi açıqlamasında oğlunun son vaxtlar özünü yaxşı hiss etmədiyini və həkimin ona verdiyi dərmanı atdıqdan sonra qəribə hərəkətlər etdiyini bildirmişdi. "oğlum həkimin verdiyi antidepresiya dərmanlarını içdikdən sonra qəribə səslər eşitməyə başlayırdı. Bu səslərdə ona naməlum qüvvə şəkər yeməsini və şəkər yedikdən sonra düzələcəyini deyirdi.", deyə ana açıqlamasında bildirib.