Gecəyarı evində meyiti tapıldı - Müəmmalı ölüm
18 Aprel 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
111
18.04.2026, 19:16
Külli miqdarda narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Oxu24.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində birgə tədbirlər uğurla davam etdirilir. Əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı ilə cinayətkar əlaqəyə girərək qaçaqmalçılıq yolu ilə həmin ölkədən Azərbaycan Respublikası ərazisinə satış məqsədilə keçirilmiş xeyli miqdarda “Metadon” M-40 həbləri və qurudulmuş marixuananı cari ilin 11 aprel tarixində Beyləqan rayonu ərazisindən Bakı şəhərinə apararkən 12.08.1994-cü il təvəllüdlü Orucov Qoca Mikayıl oğlu saxlanılıb.
Keçirilmiş baxış zamanı ümumi çəkisi 16 kq. 700 qr. narkotik vasitə olan qurudulmuş marixuana və 3500 ədəd narkotik tərkibli “Metadon” M-40 həbləri aşkarlanaraq götürülüb.
Həmçinin oxuyun
DTX İstintaq Baş İdarəsi tərəfindən Q.Orucov AR Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.NOCOMMENT.az
22:59 / 18 Aprel 2026
224
22:25 / 18 Aprel 2026
149
22:14 / 18 Aprel 2026
43
21:53 / 18 Aprel 2026
202
21:38 / 18 Aprel 2026
176
21:15 / 18 Aprel 2026
55
20:52 / 18 Aprel 2026
63
20:39 / 18 Aprel 2026
62
20:28 / 18 Aprel 2026
53
19:59 / 18 Aprel 2026
128
19:38 / 18 Aprel 2026
163
19:26 / 18 Aprel 2026
251
18:59 / 18 Aprel 2026
140
18:49 / 18 Aprel 2026
66
18:36 / 18 Aprel 2026
83
18:25 / 18 Aprel 2026
92
18:16 / 18 Aprel 2026
112
18:08 / 18 Aprel 2026
1272
18:06 / 18 Aprel 2026
137
18:06 / 18 Aprel 2026
109
17:52 / 18 Aprel 2026
117
17:49 / 18 Aprel 2026
1111
17:47 / 18 Aprel 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.