Elnarə Şirməmmədova həbs olundu
07 İyul 2026, 11:52
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
487
13.04.2026, 10:48
Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Oxu24.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Rüstəmov Əvəz Əli oğlunun Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin bölmə rəisi, habelə həmin hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə qeyd olunan Nazirlikdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla Əvəz Rüstəmovun sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş qeyd olunan Hissənin işçiləri və digər vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqaviləsinin tərtib edilməsi və onların qeydiyyata alınması müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə, habelə işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla, məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
12:18 / 07 İyul 2026
1
12:00 / 07 İyul 2026
297
11:58 / 07 İyul 2026
48
11:52 / 07 İyul 2026
126
11:51 / 07 İyul 2026
42
11:33 / 07 İyul 2026
54
11:22 / 07 İyul 2026
81
11:10 / 07 İyul 2026
67
11:09 / 07 İyul 2026
63
11:05 / 07 İyul 2026
65
11:01 / 07 İyul 2026
202
10:53 / 07 İyul 2026
273
10:48 / 07 İyul 2026
63
10:46 / 07 İyul 2026
64
10:39 / 07 İyul 2026
77
10:32 / 07 İyul 2026
68
10:15 / 07 İyul 2026
435
10:12 / 07 İyul 2026
82
09:59 / 07 İyul 2026
80
09:58 / 07 İyul 2026
1011
09:38 / 07 İyul 2026
520
09:34 / 07 İyul 2026
154
09:27 / 07 İyul 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.