Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə fişəng partladı, yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı, yeniyetmə xəsarət aldı

KRİMİNAL

246

22.03.2026, 21:04

Gəncədə fişəng partlaması nəticəsində yeniyetmə xəsarət alıb.

Oxu24.com xəbər verir ki, şəhər sakini 2013-cü il təvəllüdlü S.Bayramov əlin və bədənin müxtəlif nahiyələrinin çoxsaylı yarası ilə xəstəxanaya çatdırılıb.

Xəsarət alan yeniyetməyə dərhal yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.(unikal)