Oğlanlarla tutulan qızın şok əməli üzə çıxdı — GÖRÜNTÜLƏR
12 May 2026, 20:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
624
12.03.2026, 14:39
Ədliyyə Nazirliyində sürücü vəzifəsi üzrə işə düzəlmək istəyən şəxs dələduzluqla üzləşib.
Oxu24.com xəbər verir ki, Aqşin Hüseynovu (şərti) Namiq adlı şəxs aldadıb. O, zərərçəkmişdən 12 000 manat alaraq iş məsələsini həll edəcəyini bildirib. Lakin verdiyi vədi yerinə yetirməyib.
Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Araşdırmalar zamanı Namiqin daha 3 nəfərə qarşı dələduzluq etdiyi müəyyən olunub. O, bir nəfərin banka olan 3200 dollar borcunu 2500 manat müqabilində sildirəcəyinə dair vəd verib. Lakin vədini yerinə yetirməyib.
Digər zərərçəkmişlərə gəlincə, onlardan biri işə düzəlmək üçün Namiqə 15000 manat verib. Sonradan aldadıldığını başa düşüb. Başqa bir zərərçəkmiş isə xidmət etdiyi hərbi hissəni başqası ilə dəyişmək istəyib. Namiq bu məsələni 15 000 manat müqabilində əhll edəcəyini deyib.
Binəqədi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Namiq verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. Qaynarinfo
Məhkəmənin hökmü ilə ona 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə saxlanılıdğı 3 ay 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində 2 il 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
20:42 / 12 May 2026
5
20:39 / 12 May 2026
12
20:36 / 12 May 2026
25
20:35 / 12 May 2026
59
20:30 / 12 May 2026
29
20:24 / 12 May 2026
112
20:23 / 12 May 2026
66
20:17 / 12 May 2026
47
20:14 / 12 May 2026
41
20:09 / 12 May 2026
55
19:59 / 12 May 2026
359
19:59 / 12 May 2026
197
19:58 / 12 May 2026
165
19:51 / 12 May 2026
143
19:29 / 12 May 2026
78
19:13 / 12 May 2026
155
19:08 / 12 May 2026
103
18:58 / 12 May 2026
251
18:45 / 12 May 2026
79
18:29 / 12 May 2026
98
18:18 / 12 May 2026
193
18:09 / 12 May 2026
98
17:50 / 12 May 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.