Sevinc Osmanqızı haqqında QƏRAR: Həbs olundu
14 Yanvar 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
112
14.01.2026, 18:57
Biləsuvar rayonunda notariatla bağlı məhkəmə müstəvisinə daşınan bir iş müzakirələrə səbəb olub. Biləsuvar rayonunun sabiq notariusu Məmmədov Xanoğlan Rzaqulu oğlunun barəsində cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Oxu24.com xəbər verir ki, ittiham tərəfi sabiq notariusu vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və səlahiyyət həddini aşma əməllərində təqsirləndirilir. Məsələnin əsas xətti isə miras işləri üzərində qurulub və diqqət mərkəzində məhz bu epizodlar dayanır.
İstintaqın versiyasına görə, 2023-cü ildə iki ayrı fakt üzrə digər vərəsələrin mövcudluğu barədə məlumatların nəzərə alınmadığı, nəticədə vərəsəlik şəhadətnaməsinin miras qoyanın övladlarından yalnız birinə verildiyi iddia edilir. Qeyd olunur ki, bu addım həmin şəxsin digər varislər qarşısında üstün vəziyyətə gətirilməsi ilə nəticələnib.
İşin ən çox sual doğuran məqamı isə ardıcıllıqdır: iddiaya görə, vərəsəlik rəsmiləşdirildikdən sonra yüksək dəyərə malik daşınmaz əmlak qısa müddətdə satılıb, pul əldə edilib və sonrakı mərhələdə izlərin itirilməsi istiqamətində cəhdlər olub.
Materiallarda yer alan sənədləşmə, tarixlərin və əməliyyatların bir-birini tamamlaması, eləcə də epizodların bir xətt üzrə “oturması” hadisələrin “təsadüfi səhv”dən daha çox, əvvəlcədən düşünülmüş mexanizmə bənzədiyini göstərən detalları ön plana çıxarır:
Məhz bu işlərdə ən xırda uyğunsuzluqlar belə adətən diqqətdən yayınmır: sənəd dövriyyəsi, müraciətlərin vaxtı, rəsmiləşdirmə ardıcıllığı və sonrakı mülki əməliyyatların tempi bir yerdə baxıldıqda bütöv mənzərə formalaşdırır. İstintaqın iş metariallarında təqdim etdiyi uyğunluqlar da məhz həmin “bütöv mənzərə”nin necə qurulduğuna işarə edən məqamları gücləndirir.
Həmçinin oxuyun
Hazırda məhkəmədə işin faktiki halları araşdırılır, tərəflərin dəlilləri qiymətləndirilir. Prosesin gedişinə təqdim olunan sənədlər, tellardakı üst-üstə düşmələr və əməliyyatların ardıcıllığı diqqətə mərkəzindədir.
Bu işin taleyini məhz “xırda görünən” detallar həll edə bilər: bir tarix, bir qeyd, bir imza, bir də ardınca gələn satış əməliyyatı. Məhkəmə istintaqı irəlilədikcə, hadisələrin necə başladığı və hansı mərhələdə hansı addımın atıldığı daha aydın görünür.
İndi bütün diqqətlər Lənkərana yönəlib: məhkəmə bu “miras zənciri”ndə hansı halqaların hüquqi qiymət alacağını, ittihamların nə dərəcədə əsaslı olduğunu və işin yekun nəticəsinin necə olacağını müəyyən edəcək. Növbəti iclaslar istər-istəməz eyni sualı daha da kəskinləşdirir: ortada sadəcə sənəd mübahisəsi var, yoxsa səliqəli qurulmuş bir sxemin izləri?
Nigarxanım
21:17 / 14 Yanvar 2026
19
21:07 / 14 Yanvar 2026
30
21:04 / 14 Yanvar 2026
23
20:53 / 14 Yanvar 2026
37
20:43 / 14 Yanvar 2026
33
20:34 / 14 Yanvar 2026
48
20:28 / 14 Yanvar 2026
37
20:19 / 14 Yanvar 2026
49
20:19 / 14 Yanvar 2026
54
20:14 / 14 Yanvar 2026
55
20:13 / 14 Yanvar 2026
41
20:08 / 14 Yanvar 2026
318
20:04 / 14 Yanvar 2026
64
20:01 / 14 Yanvar 2026
931
19:59 / 14 Yanvar 2026
46
19:54 / 14 Yanvar 2026
44
19:52 / 14 Yanvar 2026
62
19:47 / 14 Yanvar 2026
175
19:45 / 14 Yanvar 2026
61
19:42 / 14 Yanvar 2026
56
19:34 / 14 Yanvar 2026
48
19:34 / 14 Yanvar 2026
56
19:30 / 14 Yanvar 2026
1758
19:25 / 14 Yanvar 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.