SON DƏQİQƏ! Dağda itkin düşdü
18 May 2026, 01:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
653
12.12.2025, 13:23
Azərbaycanda axtarışda olan şəxs qəbiristanlıqda saxlanılıb.
Hadisə Goranboy rayonu, Dəliməmmədli şəhərində baş verib.
Bakıda mebel sexi işlədən 39 yaşlı Fuad Quliyev (ad və soyad şərtidir) atasının vəfatının ildönümü ilə əlaqədar onun dəfn olunduğu Dəliməmmədli şəhərindəki qəbiristanlığa ziyarətə gedib. Mülki axtarışda olan Fuadın məzarlığa gəlməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Əməkdaşlar qəbiristanlıqda ona yaxınlaşaraq, axtarışda olduğunu və şöbəyə gəlməli olduğunu bildiriblər. Lakin bu zaman Fuad Quliyev polisin qanuni tələbinə məhəl qoymayıb.
Nəticədə o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis, yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokol tərtib olunub.
Fuad Quliyev ifadəsində peşman olduğunu deyib.
Goranboy rayon Məhkəməsinin qərarı ilə Fuad Quliyev barəsində 8 gün müddətinə inzibati həbs qərarı verilib. (lent.az)
14:09 / 18 May 2026
22
13:59 / 18 May 2026
35
13:49 / 18 May 2026
44
13:40 / 18 May 2026
45
12:59 / 18 May 2026
76
12:59 / 18 May 2026
72
12:46 / 18 May 2026
76
12:39 / 18 May 2026
61
12:34 / 18 May 2026
115
12:26 / 18 May 2026
71
12:21 / 18 May 2026
76
12:04 / 18 May 2026
87
11:55 / 18 May 2026
78
11:51 / 18 May 2026
79
11:48 / 18 May 2026
75
11:48 / 18 May 2026
87
11:45 / 18 May 2026
84
11:37 / 18 May 2026
74
11:32 / 18 May 2026
89
11:24 / 18 May 2026
60
11:22 / 18 May 2026
82
11:20 / 18 May 2026
72
11:07 / 18 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.