Bacısının yasından qayıdarkən faciəli şəkildə həyatını itirdi
11 Dekabr 2025, 17:31
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
871
11.12.2025, 15:57
Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirovun həbsi gündəmin müzakirə olunan əsas hadisələri sırasında dayanır.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan R.Daşdəmirov barəsində Binəqədi rayon Məhkəməsi həbs qətimkan tədbiri seçib. O, xüsusilə külli miqdarda qaçaqmalçılıqda, külli miqdarda vergiləri ödəməkdən yayınmaqda ittiham edilir.

Saxlanılan vəzifəli şəxs barəsində Cinayət Məcəlləsinin 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılıb.
Qeyd edək Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur.
Oxu24.com-un məlumatına görə, Rəşad Daşdəmirov Rasim Daşdəmirovun böyük oğludur. O, 1978-ci ilin may ayının 5-də Gəncə şəhərində anadan olub. 1984-1995-ci illərdə Gəncə şəhərində orta məktəb təhsili alıb. 1996 -1999-cu illərdə Bakı Dövlət Univesitetinin Hüquq fakültəsində oxuyub. 1999-2001-ci illərdə bu universitetin hüquq fakültəsini magıstr pilləsində təhsil alıb.
Həmçinin oxuyun
1999-cu ildə təyinatla Daxili işlər Nazirliyində işə qəbul olunub. Binəqədi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsində əməliyyat müvəkkili kimi işə başlayıb. 2004-2015-ci illərdə Səbail və Nəsimi rayonlarının Polis idarələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrində baş inpektor vəzifəsində çalışıb. 2015-2019-cu illərdə Bakı Səhər Baş Polis İdarəsinin Cinayət-axtarış İdarəsində polis polkovnik-leytenantı rütbəsi ilə baş əməliyyat müvəkkili kimi xidmət edib və təqaüdə çıxıb.
Maraqlıdır ki, Daxili işlər Nazirliyi sistemindən təqaüdə çıxan Rəşad Daşdəmirov 2020-ci ildə Hövsan Beynəlxalq Tcarət və Dəniz Limanında Baş direktor vəzifəsinə təyinat alıb.
Onun atası Rasim Daşdəmirov 1994-2000-ci illərdə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı işləyib.
Rasim Daşdəmirov 1946-cı ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Qursalı kəndində anadan olub. 1980-90-cı illərdə Gəncə şəhəri Kəpəz və Nizami rayon İcra hakimiyyətlərində yüksək vəzifələrdə çalışıb.
1994-cü ildə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 6 il bu vəzifədə çalışdıqdan sonra – 2000-ci ildə Gəncənin meri postundan azad olunub. Daha sonra 1 il Dövlət Şəhərsalma və Arxitektura sədr müavini vəzifəsində çalışıb.
Rasim Daşdəmirovun hazırda təqaüddə olduğu bildirilir.
(modern.az)
17:31 / 11 Dekabr 2025
45
17:29 / 11 Dekabr 2025
48
17:15 / 11 Dekabr 2025
710
16:47 / 11 Dekabr 2025
79
16:40 / 11 Dekabr 2025
59
16:32 / 11 Dekabr 2025
441
16:14 / 11 Dekabr 2025
467
16:12 / 11 Dekabr 2025
51
16:01 / 11 Dekabr 2025
70
15:52 / 11 Dekabr 2025
49
15:36 / 11 Dekabr 2025
575
15:10 / 11 Dekabr 2025
589
14:59 / 11 Dekabr 2025
331
14:57 / 11 Dekabr 2025
86
14:49 / 11 Dekabr 2025
103
14:38 / 11 Dekabr 2025
1172
14:35 / 11 Dekabr 2025
99
14:24 / 11 Dekabr 2025
187
14:21 / 11 Dekabr 2025
82
14:03 / 11 Dekabr 2025
1583
13:55 / 11 Dekabr 2025
64
13:47 / 11 Dekabr 2025
78
13:40 / 11 Dekabr 2025
262
13:37 / 11 Dekabr 2025
86
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.