Qardaşı övladlarını baltalamaqda ittiham edilən əminin fotosu
04 Fevral 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
584
11.12.2025, 13:25
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisi Nəzakət Qazıyeva ekspert rəyini yazılı şəkildə məhkəməyə təqdim edib.
Daha sonra ekspert rəyin nəticəvi hissəsini elan edib.
Ekspert bildirib ki, videodakı sözlər kəskin neqativ qiymətləndirilsə də, təhqir deyil, tənqid kimi dəyərləndirilməlidir. Orada səslənən ifadələr ümumişlək sözlər səciyyəlidir, lüğətimizdə var və təhqir yoxdur.
Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov təqdim edilən rəyə etiraz edib.
Vəkil bildirib ki, keçən dəfə də rəyə etiraz ediblər, amma bu dəfə rəy həm də yazılı formada məhkəməyə təqdim edilib. Həmçinin ötən dəfə səsləndirilən rəylə indiki rəy arasında ziddiyyət var.
Eyni zamanda, vəkil rəyin qərəzli olduğu məhkəməyə bildirib: “AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırkı direktoru 2021-ci ildə təyin olunub. Həmin dövr ərzində AMEA-nın prezidenti, Dilçilik İnstitutunun direktoru və təqsirləndirilən şəxs arasında “Bermud üçbucağı” kimi əlaqəsi olub. Düşünürəm ki, rəy qərəzlidir. Həmin rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm. Yazılı şəkildə etirazı bildirmək üçün məhkəmədən vaxt istəyirəm”.
Həmçinin oxuyun
Təqsirləndirilən İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli buna etiraz edib və bu etirazın prosesin uzadılmasına söykəndiyini məhkəməyə bildirib.
İsfəndiyar Axundov da vəkili ilə razı olduğunu, prosesin uzandığını deyib.
Hakim etirazın tərəfin hüququ olduğunu bildirib və iddiaçı tərəfə etirazın verilməsi üçün vaxt verilməsi barədə qərar qəbul edilib.
Proses 15 dekabrda davam etdiriləcək.
Xatırladaq ki, AMEA-nın sözügedən dövrdə prezidenti Ramiz Mehdiyev olub. Ramiz Mehdiyev hazırda xüsusilə ağır cinayət əməllərinə görə, 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İsfəndiyar Axundov müsahibələrindən birində Emil Səməndərovu dələduz kimi təqdim edib.
00:23 / 05 Fevral 2026
108
00:07 / 05 Fevral 2026
260
23:58 / 04 Fevral 2026
122
23:53 / 04 Fevral 2026
198
23:38 / 04 Fevral 2026
81
23:29 / 04 Fevral 2026
553
22:51 / 04 Fevral 2026
266
22:47 / 04 Fevral 2026
97
22:43 / 04 Fevral 2026
70
22:34 / 04 Fevral 2026
73
22:31 / 04 Fevral 2026
49
22:09 / 04 Fevral 2026
697
21:59 / 04 Fevral 2026
68
21:51 / 04 Fevral 2026
55
21:15 / 04 Fevral 2026
868
21:06 / 04 Fevral 2026
58
21:03 / 04 Fevral 2026
149
20:53 / 04 Fevral 2026
65
20:48 / 04 Fevral 2026
413
20:46 / 04 Fevral 2026
93
20:31 / 04 Fevral 2026
477
20:27 / 04 Fevral 2026
66
20:24 / 04 Fevral 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.