"QHT işi" üzrə Məmməd Alpayın məhkəməsi başlayıb
22 Yanvar 2026, 16:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
484
10.12.2025, 10:37
Azərbaycan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Mikayıl İsmayılov və oğlu Orxan İsmayılzadə ilə bağlı qalmaqal yeni mərhələyə keçib. Musavat.com xəbər verir ki, Azərbaycan vətəndaşı Fidan Abbasova Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edərək, uzun illər davam edən hüquq mübarizəsini və məhkəmə çətinliklərini detallı şəkildə təqdim edib.
Fidan Abbasova qeyd edir ki, o, 2012-2017-ci illər ərzində Orxan İsmayılzadə ilə faktiki ailə münasibətlərində yaşayıb. Bu münasibətdən onların Nil adlı qız övladı dünyaya gəlib.
“Hər kəs bizi ailə kimi tanıyırdı”, - deyə o bildirir. Müraciətdə qeyd olunur ki, bu illər ərzində həm yaxın ətraf, həm də Orxan İsmayılzadənin atası Mikayıl İsmayılov onları ailə kimi qəbul edib, hətta Fidanı gəlini, Nil adlı qızcığazı isə nəvəsi kimi tanıdığını göstərən çoxsaylı foto və videogörüntülər mövcuddur.
Lakin Fidan Abbasovanın dediyinə görə, münasibətlər qısa müddət ərzində kəskin şəkildə pozulub. Səbəb isə daha bir övladın dünyaya gələcəyi xəbəri olub. Müraciətdə qeyd edilir ki, Mikayıl İsmayılov və Orxan İsmayılzadənin təzyiqi altında ikinci hamiləlik məcburi şəkildə sonlandırılıb. Bu hadisədən sonra tərəflər arasında münasibət tam qırılıb.
Fidan Abbasova qızının hüquqlarını qorumaq üçün Sabunçu Rayon Məhkəməsinə “atalığın müəyyən edilməsi” tələbi ilə müraciət edib. Lakin aldadılıb: “Məni notariusa aparıb aldatma yolu ilə iddiadan imtina ərizəsini imzalatdırdılar. Mən heç vaxt məhkəmədən imtina etməmişdim”.
Bu epizodla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparıldığı bildirilir.
Məhkəmə prosesi yenidən başlanandan sonra Sabunçu Rayon Məhkəməsi 4 dəfə DNT ekspertizası təyin edib. Hər dəfə Orxan İsmayılzadə və vəkilinə rəsmi bildiriş göndərilsə də, Orxan ekspertizadan yayınaraq iştirak etməyib. Nəticədə məhkəmə Fidan Abbasovanın iddiasını təmin edib, Nilin atasının Orxan İsmayılzadə olması məhkəmə qərarı əsasında tanınıb, müvafiq olaraq azyaşlının sənədlərində atası qrafasında Orxan, soyadı qrafasında isə İsmayılzadə sözləri yazılıb.
Orxan İsmayılzadə qərardan apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi iş üzrə 5-ci ekspertizanın keçirilməsinə qərar verib. Lakin şikayətçi bildirir ki, bu dəfə də Orxan İsmayılzadə prosesə qatılmayıb və məhkəmə ikinci instansiyada da iddiaçı Fidan Abbasovanın xeyrinə qərar çıxarıb.
SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin cavabdeh olduğu məhkəmə iclası keçirilib-Adını da, soy adını da qızına verdi » Mehdiyevin BLOQU Azia.az
Fidan Abbasovanın müraciətində ən kəskin ittihamlardan biri Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyevə yönəlib. O iddia edir ki, vəkil əvvəlcə ona iddiadan imtina etməsi üçün pul təklif edib, daha sonra isə açıq hədə-qorxu gəlib: “Dedi ki, Ali Məhkəmədə iş sizin xeyrinizə bitməyəcək”.
Fidan Abbasovanın sözlərinə görə, elə belə də olub. Orxan İsmayılzadənin kasasiya şikayəti əsasında Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin onun xeyrinə olan qərarını ləğv edib. Səbəb kimi guya ekspertiza barədə bildirişin cavabdeh tərəfə çatdırılmaması göstərilib.
Həmçinin oxuyun
Fidan Abbasova isə bildirir ki, bütün bildirişlər iş materiallarında var, üstəlik, ekspertizanın birində onların iştirakı da olub: “5 dəfə ekspertiza təyin edilib, 5-də də Orxan iştirak etməyib. Buna baxmayaraq, Ali Məhkəmə qərarı ləğv etdi. Bu qərarın arxasında nə dayanır - bu da qaranlıqdır”.
Hazırda iş Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatındadır.
Şikayətçi qeyd edir ki, Mikayıl İsmayılov və Orxan İsmayılzadə prosesin bilərəkdən uzadılacağını açıq şəkildə etiraf edirlər: “Deyirlər ki, məsuliyyətdən yayındırmaq üçün nə lazımdırsa edəcəklər”.
Fidan Abbasova bildirir ki, bütün bu proses bir ana və azyaşlı uşağın hüquqlarını tapdayır və artıq dözümlü olmaq mümkün deyil.
O, Prezident Administrasiyasına ünvanladığı müraciətdə işin əsassız uzadılmasının dayandırılması; atalığın müəyyən edilməsi barədə işin qanuni, ədalətli araşdırılması; qızının hüquqlarının təmin edilməsini istəyir.
Yazıda adıçəkilən şəxsləri dinləməyə hazırıq.
Yeni Müsavat
16:38 / 22 Yanvar 2026
1
16:36 / 22 Yanvar 2026
8
15:54 / 22 Yanvar 2026
46
15:39 / 22 Yanvar 2026
193
15:32 / 22 Yanvar 2026
98
15:26 / 22 Yanvar 2026
140
15:19 / 22 Yanvar 2026
181
15:02 / 22 Yanvar 2026
1159
14:56 / 22 Yanvar 2026
110
14:52 / 22 Yanvar 2026
71
14:29 / 22 Yanvar 2026
62
14:27 / 22 Yanvar 2026
56
14:06 / 22 Yanvar 2026
181
14:05 / 22 Yanvar 2026
55
13:59 / 22 Yanvar 2026
273
13:27 / 22 Yanvar 2026
468
13:24 / 22 Yanvar 2026
92
13:19 / 22 Yanvar 2026
530
13:07 / 22 Yanvar 2026
116
12:50 / 22 Yanvar 2026
612
12:40 / 22 Yanvar 2026
157
12:22 / 22 Yanvar 2026
69
12:14 / 22 Yanvar 2026
228
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.