Azərbaycanda güclü partlayış: Ölən var
15 Noyabr 2026, 17:53
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
639
29.11.2025, 22:10
"Bu yaramazın kimliyi ilə bağlı illərdir danışarkən bax, həm də məlum nüansı nəzərdə tutmuşdum: Əli Kərimli elə bir buqələmun, elə bir nadandır ki, dövlətə, xalqa, mövcud hakimiyyətə pislik etmək üçün hətta şeytanla da ittifaqa gedər.”
Oxu24.com xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Və buyurun: İndi də AXCP sədrinin boş "kafası” və riyakar siması Mehdiyevin torbasından boylanır. Daha dəqiq desəm, onun Ramiz Mehdiyevlə əlaqələri ortalığa çıxır.
Gözlənilən idimi? - Əlbət! Heyrətlənməyə dəyərmi? - Qətiyyən! Ona görə ki, həmin əlaqələr çoxdanın əlaqələridir, "Milli Şura” dövründən bünövrəsi qoyulan əlaqələrdir, eyni xislətdə və eyni ağılda olan 2 namərdin, 2 vicdansızın, 2 vətən xaininin illər boyunca ərsəyə gətirdiyi əlaqələrdir.
Həqiqət isə gecindən də olsa ortalığa çıxır...
İndi "dayı” və "bacıoğlu” gedib, ədalət və hüquq qarşısında cavab versinlər.
Fəqət, detal - detal. Bənd - bənd. Epizod - epizod.
Mən əminəm ki, istintaqın əlində yetərincə məlumatlar var və axtarış da eyniadlı səbəbdəndir.
Mən əminəm ki, Əli Kərimli ilə Ramiz Mehdiyev eyni yuvanın quşudur.
Mən əminəm ki, bu iki agent uzun müddət eyni şəbəkədən qidalanıb, təlimatlanıb, istiqamətlənib və onların nəinki bir - biriləri ilə, hətta "söyüş müxalifəti”, "5- ci kolon”un digər üzvləri, bütün anti – Azərbaycan qüvvələri ilə də yaxın əlaqələri var.
Namərd yığını!
Utanıb, ölün. Yerə girin!
Bu dövlətin, bu ölkənin suyu da, çörəyi də, havası da burnunuzdan gəlsin!” – deyə Partiya sədri fikirlərinə davam edib.
20:39 / 15 Noyabr 2026
20
20:30 / 15 Noyabr 2026
50
20:09 / 15 Noyabr 2026
236
19:51 / 15 Noyabr 2026
255
19:37 / 15 Noyabr 2026
77
19:17 / 15 Noyabr 2026
89
19:09 / 15 Noyabr 2026
88
18:40 / 15 Noyabr 2026
102
18:05 / 15 Noyabr 2026
138
17:53 / 15 Noyabr 2026
1737
17:43 / 15 Noyabr 2026
720
17:16 / 15 Noyabr 2026
606
17:12 / 15 Noyabr 2026
3232
17:09 / 15 Noyabr 2026
116
15:50 / 15 Noyabr 2026
129
15:25 / 15 Noyabr 2026
163
15:15 / 15 Noyabr 2026
146
14:47 / 15 Noyabr 2026
209
14:34 / 15 Noyabr 2026
412
14:25 / 15 Noyabr 2026
169
14:19 / 15 Noyabr 2026
142
14:02 / 15 Noyabr 2026
568
13:27 / 15 Noyabr 2026
420
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.