Goranboyda iki qadın qətlə yetirildi
19 May 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
625
29.11.2025, 00:02
1998-ci il aprel ayında Bakı Balıq Hisləmə zavodunun 2 saylı sexinin hazır məhsullar anbarının soyuducusunda ayaqları qapı tərəfə, başı əks istiqamətdə, qara rəngli polietilen torbada bir kişi meyiti donmaqda idi. O, günlərlə orada qalmışdı. Artıq meyit donub daşa dönmüşdü. Çöldə isə onu itkin adı ilə axtarırdılar.
Bu hadisədən 21 il sonra Sankt Peterburq həbsxanasında bir Azərbaycanlı izahat yazır ki, əslində mən başqa adla həbs yatıram. Mən 21 ildir saxta adla yaşayıram… 21 il fasilədən sonra donu açılmış bu hadisə və günlərlə hazır məhsullar soyuducusunda donan kişini bağlayan dəhşətli bir cinayətlə qarşınızdayıq…
At izinin at izinin it izindən təzə-təzə seçilməyə başladığı günlər idi… Amma ölkədə qurumlararası kommunikasiya, ümumiyyətlə cinayətlə mübarizə hazırki qədər inkişaf etməmişdi. Bir sözlə 1997-ci ilin aprelin 22-si idi. Hələ adını dəyişməmiş, anadəngəlmə adının Elnur, soyadının Abbasov olduğu 21 yaşlı bir oğlan Bakı şəhəri Salatın Əsgərova küçəsi, 117 ünvanında yerləşən Bakı Balıq Hissləmə Zavodunun 2 saylı sevində mühafizəçi işləyirdi. Özü də qeyri-rəsmi. Balıq qoxulu gecələrin birində o, sexdə usta işləyən Mübariz Rəsulovla mübahisə edir. Özündən 24 il böyük olan - 1953-cü il təvəllüdlü Masallı sakini Mübariz zavoda gecə saatlarında qız gətirirmiş. Həmin gecə, aprelin 22-də də mühafizəçi Elnur Abbasov Mübarizə məhz bu səbəbdən irad bildirib. İş yerinə yüngül həyat tərzi keçirən qadınlar gətirdiyi üçün. Mühafizəçi Elnur Abbasov deyir ki, 1998-ci ilin fevral ayında tanışı Anar Əliyevin vasitəsi ilə onun dayısı Mübariz Rəsulovun işlədiyi Balıq Hisləmə zavodunda mühafizəçi kimi çalışmağa başlayıb. Onun konkret iş saatı olmayıb, gün ərzində sexdə olub, gecə də orda otaqda qalıb:
“Mübariz Rəsulov yeyib içən, zarafatcıl insan idi. Aprelin 22-i səhər saat 11 radələrində darvazanı açanda Mübarizlə 30-35 yaşlı qadın sexə daxil olaraq, otağa keçdilər. 1 saatdan sonra Mübariz otaqdan çıxanda, ona hər dəfə zavoda bir qızla gəldiyini, ətrafda yaşayış evləri olduğunu və camaatın narazılıq etdiyini dedim. Mənim və sakinlərin ünvanına nalayiq ifadələr işlədəndə, mən də onu söydüm. Rəsulov üzərimə gələndə, cəld sağ əlimlə üzünə yumruqla vurdum. Mübariz otaqdakı bıçaq götürüb yuxarıdan aşağı zərbə vurmaq istəyəndə əlimi qabağa verdim və sol qolumdan xəsarət aldım. Otaqdan çıxıb qaçdım. Əlüzyuyanın yanında, balıq soymaq üçün istifadə olunan bıçağı götürdüm. Arxasınca əlində bıçaqla gələn Mübarizə tərəf çevrildim. Qarınına bir neçə dəfə zərbə vurdum. Onunla yanaşı yıxılaraq, zərbələr vurmaqda davam etdim. Yerdə süpürləşəndə Mübariz əlindəki bıçaqla sağ döş nahiyəmə xəsarət yetirdi. Mübarizin bıçaq olan əlindən tutdum, öz bıçağımla başına və boynuna çoxsaylı zərbələr endirdim”.
Davamı TV11-də...
00:59 / 20 May 2026
79
00:41 / 20 May 2026
69
00:00 / 20 May 2026
57
23:34 / 19 May 2026
97
23:21 / 19 May 2026
103
23:12 / 19 May 2026
72
22:56 / 19 May 2026
131
22:46 / 19 May 2026
139
22:44 / 19 May 2026
238
22:26 / 19 May 2026
75
22:13 / 19 May 2026
83
21:58 / 19 May 2026
512
21:49 / 19 May 2026
79
21:35 / 19 May 2026
98
21:20 / 19 May 2026
81
21:09 / 19 May 2026
139
20:47 / 19 May 2026
96
20:47 / 19 May 2026
75
20:42 / 19 May 2026
80
20:38 / 19 May 2026
71
20:34 / 19 May 2026
75
20:31 / 19 May 2026
63
20:27 / 19 May 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.