Elman Əhmədzadə HƏBS EDİLDİ
15 Noyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
968
22.11.2025, 18:29
Bakıda hotelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edilib ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən “Lake Hotel”in işçiləri — 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bildirilib ki, cinayət işi üzrə prokuror-kriminalist və müvafiq ekspertin iştirakı ilə hadisə yerinin ətraflı müayinəsi aparılaraq maddi sübutlar toplanıb, çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib, habelə ekspertizalar təyin olunub.
Toplanmış sübutlarla “Lake Hotel”in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib.
Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Noyabrın 22-də A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında A.Verdiyevin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş vermiş hadisədə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
23:07 / 15 Noyabr 2026
3
22:43 / 15 Noyabr 2026
100
22:34 / 15 Noyabr 2026
78
22:24 / 15 Noyabr 2026
64
22:05 / 15 Noyabr 2026
776
21:57 / 15 Noyabr 2026
302
21:37 / 15 Noyabr 2026
1061
21:07 / 15 Noyabr 2026
1003
20:58 / 15 Noyabr 2026
489
20:55 / 15 Noyabr 2026
136
20:44 / 15 Noyabr 2026
319
20:39 / 15 Noyabr 2026
123
20:30 / 15 Noyabr 2026
150
20:09 / 15 Noyabr 2026
402
19:51 / 15 Noyabr 2026
435
19:37 / 15 Noyabr 2026
146
19:17 / 15 Noyabr 2026
149
19:09 / 15 Noyabr 2026
137
18:40 / 15 Noyabr 2026
155
18:05 / 15 Noyabr 2026
165
17:53 / 15 Noyabr 2026
2092
17:43 / 15 Noyabr 2026
809
17:16 / 15 Noyabr 2026
740
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.