Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı
20 May 2026, 22:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
616
18.11.2025, 16:24
bşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Xəyal Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu24.com xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Xəyal Səmədov 2022–2023-cü illər ərzində müxtəlif vaxtlarda tanışları olan iki şəxsi aldadaraq onlara yalan vədlər verməklə ümumilikdə 20 500 manat məbləğində pul vəsaitini ələ keçirib.
Belə ki, o, zərərçəkmiş şəxs S.S.-in (adı, soyadı şərtidir) tikiş sexi açmaq niyyətindən xəbər tutduqdan sonra ona guya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə tikiş maşınlarının verilməsinə və sexin fəaliyyətinin təşkili üçün müxtəlif qurumlarla əməkdaşlığa köməklik edəcəyini bildirib. Bu yolla həmin şəxsdən müxtəlif tarixlərdə ümumilikdə 12 000 manat pul alaraq mənimsəyib.
Bundan başqa, təqsirləndirilən şəxs zərərçəkmiş V.V.-yə (adı, soyadı şərtidir) hüquq-mühafizə orqanlarında işlədiyini və onun oğlunu həmin quruma gizir kimi işə düzəldəcəyini vəd edərək 2023-cü ilin fevral ayında ondan ümumilikdə 8 500 manat pul alıb. Lakin verdiyi vədləri yerinə yetirməyərək həmin vəsaiti özgəninkiləşdirib.
Məhkəmədə Xəyal Səmədov ona elan olunmuş Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri üzrə ittihamı qismən qəbul edib, birinci zərərçəkmişə borcunun qalmadığını, ikinci zərərçəkmişə isə yalnız cüzi məbləğin ödənilməmiş qaldığını bildirib.
Xəyal Səmədov məhkəmə ifadəsində bildirib ki, 2004-2015-ci illərdə hüquq-mühafizə orqanlarının birində zabit kimi çalışıb. O, həmin qurumdan 2015-ci ilin aprel ayında ailə vəziyyəti ilə əlaqədar öz ərizəsi ilə işdən çıxıb. Onun sözlərinə görə, 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər Bakı Dövlət Universitetinin Politologiya kafedrasında “Tətbiqi politologiya” və “Milli təhlükəsizliyin əsasları” fənləri üzrə saat hesabı ilə dərs deyib.
Zərərçəkmiş ifadəsində söyləyib ki, uzun müddətdir taksi fəaliyyət ilə məşğul olur. 2022-ci ilin əvvəllərində idarə etdiyi taksi avtomobili ilə sərnişin daşıyarkən Xəyal Səmədov ilə tanış olub.
Təqsirləndirilən şəxs özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı olduğunu, atası Zərdan Səmədov isə Gəncə Texnologiyalar institutunda müəllim işlədiyini bildirib. (Pravda.az)
00:59 / 21 May 2026
1
00:33 / 21 May 2026
30
23:47 / 20 May 2026
62
23:36 / 20 May 2026
52
23:16 / 20 May 2026
181
22:52 / 20 May 2026
154
22:49 / 20 May 2026
58
22:39 / 20 May 2026
69
22:28 / 20 May 2026
64
22:25 / 20 May 2026
56
22:19 / 20 May 2026
64
22:14 / 20 May 2026
158
22:10 / 20 May 2026
212
22:08 / 20 May 2026
254
22:05 / 20 May 2026
62
22:03 / 20 May 2026
83
22:02 / 20 May 2026
69
22:00 / 20 May 2026
64
21:57 / 20 May 2026
59
21:53 / 20 May 2026
74
21:52 / 20 May 2026
585
21:42 / 20 May 2026
254
21:39 / 20 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.