Elman Əhmədzadə HƏBS EDİLDİ
15 Noyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1162
17.11.2025, 19:44
1993–1999-cu illərdə mərhum dövlət başçısı Heydər Əliyevin köməkçisi və Prezident katibliyinin rəhbəri işləmiş Eldar Namazov dövlət çevrilişinə cəhddə ittiham olunan akademik Ramiz Mehdiyev barədə danışıb.
O, “Yeni Azərbaycan” TV-yə müsahibəsində bu barədə bildirib:
“Ramiz Mehdiyevin bir neçə əməlini izləyəndə gördüm ki, bizim dövlətçiliyimizə qarşı böyük təhlükə var. İlk olaraq deyim ki, o, həmişə hakimiyyət uğrunda mübarizə aparıb. Bunu gizlətmək lazım deyil. 2003-cü ildə İlham Əliyev seçkilərə qatılanda Ramiz Mehdiyev böyük təbliğata başlamışdı. Dedizdirirdi ki, İlham Əliyevin təcrübəsi yoxdur, Heydər Əliyev özündən sonra Ramiz Mehdiyevi öz yerində görürdü. Onun adamları belə təbliğatlar aparırdılar. Hətta Prezident Administrasiyasında təbliğat apardıqlarına görə bəzi adamlar cəzalandırıldılar.
Prezidentin tərcüməçisi var idi, o, sonra ölkəni tərk etdi. Bir neçə icra başçısı da bu siyahıda idi. Mən özüm bunu eşitmişdim. Mənim də yanıma gəlib deyirdilər ki, Heydər Əliyev özündən sonra yalnız Ramiz Mehdiyevi hakimiyyətdə görə bilər, İlham Əliyev çox cavandır, sən gərək, buna mane olmayasan. Mən onlara dedim ki, siz hansı ağıla belə şeylər danışırsınız?! Ramiz Mehdiyev heç vaxt Azərbaycan prezidenti olmayacaq, siz də onun fitnəsinə getməyin, axırınız yaxşı olmayacaq. 2013-cü ildə də o, təbliğat aparırdı.
Mehriban xanım birinci vitse-prezident seçiləndə də öz əlaltıları vasitəsi ilə partiyaları buna qarşı qaldırmaq istəyirdi. Deyirdi ki, guya camaat Mehriban xanıma etiraz edir. Halbuki bu işlərin arxasında Ramiz Mehdiyev dururdu. Onun hakimiyyət iddiası çox güclü idi və birbaşa Moskva ilə bağlı adam idi. Bunu heç gizlətmirdi də.
1998-ci ildə Heydər Əliyevin səhhətində problemlər yaranan günün səhəri Ramiz Mehdiyev Rusiyanın Təhlükəsizlik Şurasının katibinə zəng edib dedi ki, Heydər Əliyevin vəziyyəti ağırdır, mən nə etməliyəm? Rusiyaya bu qədər bağlı adam idi”.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.