Elman Əhmədzadə HƏBS EDİLDİ
15 Noyabr 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
680
16.11.2025, 00:04
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki Heydər Əliyev parkında, musiqi məktəbinin arxasında yerdə uzanmış vəziyyətdə naməlum kişi meyiti aşkar edir. Araşdırma nəticəsində məlum olub ki, öldürülən şəxs Xırdalan şəhərində kirayədə yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Hüseynovdur. Ramiz Hüseynov Azərsunun əməkdaşı olub.
Hadisə yerinə baxış zamanı meyitin ətrafındakı qan ləkələrindən nümunələr götürülüb. Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci — qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
İki gün sonra hadisədə Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Günel Qasımova şübhəli bilinir. Araşdırma zamanı müəyyən edilib ki, Qasımova 2010-cu ildə hüquq mühafizə orqanında çalışıb xidmətə qəbul olunub, 2016-cı il yanvarın 13-də isə öz ərizəsi ilə xidmətdən ayrılıb.
Dindirmə zamanı Günel Qasımova bildirib ki, 2004-cü ildən ailəlidir. Bir övladı var. O, 2010-cu hüquq mühafizə orqanında inspektor vəzifəsində işləyib, 2016-cı ildə isə öz istəyi ilə işdən çıxıb.
Təxminən 3–4 il əvvəl atasının Pirşağı qəsəbəsində yerləşən bağında su çəkilişi ilə bağlı “Azərsu” ASC-də çalışan Ramiz Hüseynovla telefon vasitəsilə tanış olub. Sonradan bir neçə dəfə görüşüblər.
2018-ci ilin yanvarında Ramiz Hüseynov işdə yaranan problemlərlə əlaqədar 1000 manat pul istədikdə, Qasımova ərindən xəbərsiz yığdığı pulu ona borc verib. Aprel ayında Hüseynov yenidən pul istədikdə, qadın ona əlavə 1000 manat da verib. Beləcə, ümumi borc məbləği 2000 manat olub.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.