Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı
20 May 2026, 22:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
750
14.11.2025, 10:47
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov 2 sakin haqda rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edib.
Oxu24.com Musavat.com-a istinadən xəbər verir ki, icra başçısı rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə iddia qaldırıb.
Başçını narazı salan isə kənd sakinlərinin mətbuat üzərindən ondan pullarını tələb etmələridir.
Şabran rayon Uzunboyad kənd sakini Vüsal Muradov mətbuata müraciət edərək Şabran Rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətləniblər.
Kənd sakini iddia edir ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satsa da, pulunu ala bilməyib.
Arpa satılan zaman icra başçısı özü qapıya gəldiyi üçün ona inanıblar və alış-verişlə bağlı hər hansı sənəd imzalamayıblar.
“Sənəd yoxdur. Elə-belə inandıq da. Dedik daha bu boyda rayonun başçısıdır. Mən onunla sənəd imzalayım, notariusa aparım, qol çəkdirim ki, nisyə verirəm? Elə olmur axı... Ayıbdır. Dedi, verdim. Mən də inandım ki, daha bu boyda rayonun başçısıdır da, yalan danışmaz”, - Vüsal Muradov “BBC Azərbaycanca”ya bildirib.
Oktyabrın 20-si ailə deyib ki, şikayətdən sonra onlara Şabran RİH rəhbəri Asif Hüseynovun Səbirə Vəliyeva və oğlu Vüsal Muradovla görüşmək istədiyi bildirilib.
Bundan bir neçə gün sonra isə Şabran Rayon Məhkəməsinə icra başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayəti daxil olub.
Artıq şikayət üzrə hazırlıq iclası keçirilib və xüsusi ittiham üzrə noyabrın 19-na baxış iclası təyin olunub.
11:33 / 21 May 2026
1
11:29 / 21 May 2026
13
11:15 / 21 May 2026
135
11:11 / 21 May 2026
25
11:00 / 21 May 2026
42
10:56 / 21 May 2026
56
10:48 / 21 May 2026
223
10:39 / 21 May 2026
149
10:38 / 21 May 2026
50
10:34 / 21 May 2026
55
10:23 / 21 May 2026
49
10:19 / 21 May 2026
55
10:16 / 21 May 2026
57
10:13 / 21 May 2026
103
10:06 / 21 May 2026
61
10:05 / 21 May 2026
53
10:03 / 21 May 2026
211
10:00 / 21 May 2026
57
09:53 / 21 May 2026
52
09:30 / 21 May 2026
58
09:14 / 21 May 2026
145
00:59 / 21 May 2026
265
00:33 / 21 May 2026
285
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.