Villanın zirzəmisindən 350 kiloqram qızıl tapıldı
20 May 2026, 22:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
594
13.11.2025, 19:27
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə halları ilə bağlıdır.
Cinayət Məcəlləsinin 75-ci maddəsində bundan bəhs olunur.
75.1. maddəsinə görə, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz:
75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə;
75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə;
75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə;
75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə.
75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır.
75.3. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur.
75.4. Ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz.
75.5. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.
Hazırladı: Nigar
12:39 / 21 May 2026
1
12:37 / 21 May 2026
5
12:35 / 21 May 2026
10
12:29 / 21 May 2026
57
12:12 / 21 May 2026
153
11:51 / 21 May 2026
42
11:33 / 21 May 2026
48
11:29 / 21 May 2026
252
11:15 / 21 May 2026
341
11:11 / 21 May 2026
50
11:00 / 21 May 2026
56
10:56 / 21 May 2026
72
10:48 / 21 May 2026
380
10:39 / 21 May 2026
189
10:38 / 21 May 2026
62
10:34 / 21 May 2026
67
10:23 / 21 May 2026
60
10:19 / 21 May 2026
64
10:16 / 21 May 2026
64
10:13 / 21 May 2026
116
10:06 / 21 May 2026
66
10:05 / 21 May 2026
60
10:03 / 21 May 2026
245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.