Qardaşı övladlarını baltalamaqda ittiham edilən əminin fotosu
04 Fevral 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1113
11.11.2025, 10:30
Ağdaşda vəzifəli şəxsləri şantaj edən iki nəfər həbs edilib. Zərərçəkmişlər arasında həkimlər və Ədliyyə Nazirliyinin Ağdaş rayon Qeydiyyat Şöbəsinin rəisi də var.
Oxu24.com Teleqraf-a istinadən xəbər verir ki, həbs edilən şəxslərdən biri özünü “Cinayət və Olay” qəzetinin və saytının təsisçisi və baş redaktoru kimi təqdim edən Təbriz Dəmirovdur. O, dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Onunla birlikdə həbs edilən digər şəxs isə tanışı Əhməd Əzizov olub. Əhməd Əzizov Latviya vətəndaşıdır və onun barəsində 7 il həbs cəzası təyin edilib.
İttihama görə, hər iki şəxs ayrı-ayrı vəzifəli şəxsləri rüşvət almaqda ittiham edərək onlardan pul tələb ediblər. Vəzifəli şəxslərin videolarını gizli şəkildə çəkərək şantaj ediblər.
Məlum olub ki, Təbriz Dəmirov arvadından boşanmaq üçün Qeydiyyat şöbəsinə müraciət edib. Lakin arvadı ölkədə olmadığı üçün boşanma mümkün olmayıb. Təbriz Dəmirov arvadı Rusiyada olduğu halda boşanmanın onsuz rəsmiləşdirilməsini istəyib. Buna görə də şöbənin rəisi Teymur Mustafayevin işçisi Mətanətə rüşvət verib. Daha sonra həmin məlumat və görüntülərlə Teymur Mustafayevi şantaj edərək ondan pul tələb ediblər. Əvvəlcə razılıq əldə etmədiklərinə görə, hazırladıqları videonu prokurorluğa göndəriblər, lakin cinayət tərkibi olmadığı üçün işə xitam verilib. Bir müddət sonra Dəmirov və Əzizov rəisi yenidən şantaj ediblər və ondan iki dəfə 1 000 manat pul alıblar.
Şantaj edilənlər arasında Ağdaş Rayon Mərkəzi Xəstəxanasının laborantı da olub. Onlar xəstəxanaya gedərək həkimlərə özləri “şirinlik” təklif ediblər, prosesi lentə alıb daha sonra onlardan pul tələb ediblər. Laborantdan əvvəlcə 20 min manat, daha sonra məbləği 5 min manata endiriblər və sonda həmin şəxsdən 2 min manat alıblar.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevtindən də 1 000 manat aldıqları müəyyən edilib.
Həmin xəstəxanada həkim-oftalmoloq kimi çalışan İradə Əhmədova da qurbanlardan biri olub. Təbriz Dəmirov müalicə üçün müraciət etdiyi xəstəxanada ona pul verərək prosesi lentə alıb, daha sonra videonu yayımlamaqla hədələyərək həkimin ərindən 2 000 manat alıblar.
Həmçinin oxuyun
Təbriz Dəmirov ifadəsində bildirib ki, hadisələrdə əsas günahkar Əhməddir. Özünün jurnalist kimi araşdırma apardığını və məlumatları hüquq mühafizə orqanlarına təqdim etdiyini deyib. O, görüntüləri əldə edən və zərərçəkmiş şəxsləri şantaj edən şəxsin Əhməd olduğunu bildirib. Həmçinin, Əhməddən qorxduğu üçün onun dediklərinə razılaşdığını qeyd edib.
Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Əhməd Əzizov Ağdaş şəhərində müxtəlif şəxslərin adından dövlət orqanlarına əsassız müraciətlər və şikayətlər göndərən, dövlət qurumlarının rəhbərlərini və əməkdaşlarını şantaj etməyə meylli şəxs kimi tanınıb. Həmçinin o, daim xarici dövlət nömrə nişanı olan avtomobil idarə edib.
Həkim İradə Əhmədova ifadəsində göstərib ki, istirahətə yola düşən zaman ona sosial şəbəkədə belə mesaj göndərilib: “Rüşvət almağınız barədə fakt Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndəriləcək. Xanım, sizə xeyirli istirahətlər!”
Əhməd Əzizov isə özünü qismən təqsirli bilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslərlə barışıq əldə edilib.
00:23 / 05 Fevral 2026
108
00:07 / 05 Fevral 2026
260
23:58 / 04 Fevral 2026
122
23:53 / 04 Fevral 2026
198
23:38 / 04 Fevral 2026
81
23:29 / 04 Fevral 2026
553
22:51 / 04 Fevral 2026
266
22:47 / 04 Fevral 2026
97
22:43 / 04 Fevral 2026
70
22:34 / 04 Fevral 2026
73
22:31 / 04 Fevral 2026
49
22:09 / 04 Fevral 2026
697
21:59 / 04 Fevral 2026
68
21:51 / 04 Fevral 2026
55
21:15 / 04 Fevral 2026
868
21:06 / 04 Fevral 2026
58
21:03 / 04 Fevral 2026
149
20:53 / 04 Fevral 2026
65
20:48 / 04 Fevral 2026
413
20:46 / 04 Fevral 2026
93
20:31 / 04 Fevral 2026
477
20:27 / 04 Fevral 2026
66
20:24 / 04 Fevral 2026
170
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.