Adnan Əhmədzadə ilə Vahid Ələkbərovu - Nə birləşdirir?
05 Dekabr 2025, 16:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
631
09.11.2025, 11:52
Bu hadisə Naxçıvanda - daha dəqiq desək, Culfada baş verib. Oqtay Qasımov Culfa rayonuna prokuror köməkçisi təyin olunduqdan bir neçə gün sonra Naxçıvan Muxtar Respublikasının prokuroru Elmar Qarayev Oqtay Qasımovu çağıraraq deyir ki, ağır bir cinayət baş verib, məsələ araşdırılmalıdır…
Çünki baş verən bu hadisə təkcə amansızlığı ilə deyil, vicdansılığı, əxlaqsızlığı ilə dəd diqqət çəkirdi… Hadisə Naxçıvanda əks-səda doğurmuşdu. Bir şəxsi qəddarlıqla öldürüb tualet, kanalizasiya anbarına atmışdılar. Meyit çirkabın içində idi. Bəs qətli kim, niyə törətmişdi?
Əslində cinayətin bura qədər olan hissəsi də yetərincə dəhşətlidir. Burda söhbət bir qətldən getmirdi, həm də mərhumun cəsədinin tualetə atılması mövzu idi. Lakin hadisənin kimin və və kimlərin tərəfindən törədildiyi bilinəndə dəhşətin miqyası daha da böyüyür.
Culfada ümumi Muxtar Respublikaya sıçrayan bu hadisənin kimin tərəfindən törədilməsi hamını maraqlandırırdı. Beləliklə, 40 yaşlarında olan kişimeyiti kanlizasiya çənindən çıxarılır. Kimliyi müəyyənləşdirilir. Ölən şəxsin arvadı gətirilərək meyit ona təqdim edilir. Arvadı həmin meyitin ərinin meyiti olduğunu təsdiq edir. Lakin onun kim tərəfindən öldürülməsi və öldürülə biləcəyi barədə məlumatının olmadığını deytir. Müstəntiq işinə başlayan prokuror köməkçisi Oqtay Qasımovun ilk işi, təbii ki, mərhumun yaxınlarını və qonşularını danışdırmaq olur.
Mərhumun yoldaşından ərinin qardaşı harda olduğu soruşulur. O, cavab verir ki, qaynı, Meğri rayonundadır və orada fəhlə işləyir. Müstəntiq Oqtay Qasımov həmin şəxsi tapmaq və dindirmək üçün Naxçıvana gətirilmək barədə tapşırıq verir.
Ertəsi gün mərhumun qardaşı Culfaya, prokurorluğa gətirilir.
Dindirilmə zamanı o bildirir ki, hadisə baş verən gün işdə olub. O, fikrini sübutlarla da əsaslandırır. Deyir ki, Meğridən ora gəlməsi və qayıtması zaman etibarilə mümkün deyil. Çünki həmin müddət ərziondə qatar reysi yoxdur. Daha bir məsələ isə, o, Meğqidən Culfaya gəldiyi halda bilet almalı idi, bu yolla da onun gəlib getdiyi bilinə bilərdi. Lakin mərhumun qardaşının postlarda, buraxılış vərəqlərində, biletlərdə, sərhəd nəzarətində adı yox idiş. Belə görünürdü ki, o düz deyir və qardaşının ölümündə onun əli yoxdur.
Lakin müstəntiq Oktay Qasımov həmin şəxsin bu qədər inandırıcı ifadəsindən sonra da məsələnin sapını buraxmır. Həmin şəxs dindirildikdən sonra buraxılsa da, müstəntiq özünə bir məsələni sübut etməyə çalışırdı. Görəsən, o, qısa müddətdə qardaşını öldürüb yenidən Meğriyə qayıda bilərdimi, bilərdisə, hansı yolla?
Həmçinin oxuyun
Davamı TV11-də...
16:07 / 05 Dekabr 2025
21
16:01 / 05 Dekabr 2025
14
15:50 / 05 Dekabr 2025
28
15:45 / 05 Dekabr 2025
23
15:43 / 05 Dekabr 2025
29
15:38 / 05 Dekabr 2025
51
15:18 / 05 Dekabr 2025
801
15:07 / 05 Dekabr 2025
84
15:00 / 05 Dekabr 2025
68
14:52 / 05 Dekabr 2025
211
14:32 / 05 Dekabr 2025
73
14:28 / 05 Dekabr 2025
493
14:24 / 05 Dekabr 2025
89
14:01 / 05 Dekabr 2025
58
14:00 / 05 Dekabr 2025
126
13:48 / 05 Dekabr 2025
570
13:21 / 05 Dekabr 2025
56
13:18 / 05 Dekabr 2025
60
13:12 / 05 Dekabr 2025
61
13:02 / 05 Dekabr 2025
81
12:53 / 05 Dekabr 2025
265
12:46 / 05 Dekabr 2025
70
12:41 / 05 Dekabr 2025
576
12:36 / 05 Dekabr 2025
97
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.