TƏCİLİ! Sumqayıtda DƏHŞƏT yaşandı - Yaralananlar var
23 May 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
667
09.11.2025, 00:29
Gürcüstan polisi Marneuli şəhərində iş adamından pul tələb edən iki şəxsi saxlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Newsgeorgia.ge” Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, təqsirləndirilən şəxslər müxtəlif cinayətlərə görə məhkum edilmiş və İnterpolun qırmızı bülleteni ilə axtarışda olan azərbaycanlı kriminal avtoritet Elmuraz Məmmədovun göstərişi ilə hərəkət ediblər.
Belə ki, onlar bu ilin sentyabr ayında avtomobil hissələri mağazasının sahibi olan şəxsin E.Məmmədova 50 min dollar pul göndərməkdən imtina etməsindən sonra onun obyektinin girişini atəşə tutublar. Həmin şəxslərin buna görə 10 min dollar aldıqları bildirilir.
Mənbə qeyd edir ki, saxlanılan şəxslərdən biri 18 yaşlı gəncdir. O, daha əvvəl də Elmuraz Məmmədov tərəfindən sifariş edilmiş Laqodexi bələdiyyəsinin Kabali kəndində adı açıqlanmayan sakinə qarşı sui-qəsd planlaşdırdığına görə tutulub.
Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanda hüquq-mühafizə orqanları tərəfindən “oğru aləmi”nə qarşı genişmiqyaslı əməliyyat keçirilmiş, nəticədə 34 nəfər saxlanılmışdı.
Əməliyyat zamanı azərbaycanlı olduğu iddia edilən 1973-cü il təvəllüdlü Mirzə Əliyevin xüsusi təyinatlılara silahlı müqavimət göstərdiyi və polis tərəfindən yerindəcə zərərsizləşdirildiyi bildirilirdi.
00:17 / 24 May 2026
67
00:03 / 24 May 2026
42
23:59 / 23 May 2026
7
23:59 / 23 May 2026
66
23:56 / 23 May 2026
63
23:50 / 23 May 2026
51
23:39 / 23 May 2026
166
23:36 / 23 May 2026
210
23:33 / 23 May 2026
74
23:25 / 23 May 2026
80
23:19 / 23 May 2026
77
23:17 / 23 May 2026
69
23:14 / 23 May 2026
130
23:11 / 23 May 2026
121
23:00 / 23 May 2026
166
22:51 / 23 May 2026
576
22:46 / 23 May 2026
82
22:45 / 23 May 2026
68
22:31 / 23 May 2026
86
22:20 / 23 May 2026
86
22:02 / 23 May 2026
79
21:45 / 23 May 2026
179
21:35 / 23 May 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.