Kasparov beynəlxalq axtarışa verildi
23 May 2026, 11:41
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
679
07.11.2025, 10:59
Azərbaycan Vəhdət Partiyasının (AVP) Abşeron rayon təşkilatının sədri həbs olunub. Təşkilat rəhbəri 10 nəfərə qarşı dələduzluqda ittiham edilir.
Oxu24.com teleqraf-a istinadla xəbər verir ki, 1987-ci il təvəllüdlü Rasim Xudaverdiyev Cinayət Məcəlləsinin dələduzluq ittihamı ilə təqsirli bilinərək həbs edilib. İş üzrə zərərçəkmiş şəxslərin sayı 10 nəfərdir.
İttihama görə, Rasim Xudaverdiyev pul aldığı şəxslərə sosial yardım düzəltmək, işə qəbul etdirmək, həbsdə olan şəxsi azadlığa çıxarmaq və universitetə qəbul etdirmək kimi vədlər verib.
Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Rasim Xudaverdiyev onlarla partiyanın Abşeron rayon təşkilatının Xırdalanda yerləşən ofisində görüşüb. O, nüfuzlu şəxslərlə yaxın əlaqələrinin olduğunu, deputatlığa namizədliyini irəli sürdüyünü deyərək zərərçəkmiş şəxslərin etibarını qazanıb.
Cinayət işi materiallarında qeyd edilib ki, Xudaverdiyev müxtəlif vədlərlə vətəndaşlardan 4 000–10 000 manat məbləğlərində pul alaraq onları aldadıb.
Xudaverdiyev ifadəsində özünü qismən təqsirli bildiyini deyib, zərərçəkmiş şəxslərin bəzilərindən aldığı pulları etiraf edib. Digər epizodların isə mülki xarakter daşıdığını bildirib. O, zərərçəkənlərin pulunun bir hissəsini ödədiyini, qalan məbləği ödəməyə maddi imkanının olmadığını deyib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rasim Xudaverdiyev 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Azərbaycan Vəhdət Partiyasının sədri və qurucusu millət vəkili Tahir Kərimlidir.
11:44 / 23 May 2026
45
11:41 / 23 May 2026
51
11:40 / 23 May 2026
53
10:08 / 23 May 2026
96
01:03 / 23 May 2026
247
00:16 / 23 May 2026
489
00:09 / 23 May 2026
400
00:06 / 23 May 2026
230
00:04 / 23 May 2026
164
00:00 / 23 May 2026
439
23:49 / 22 May 2026
162
23:45 / 22 May 2026
556
23:43 / 22 May 2026
374
23:38 / 22 May 2026
277
23:30 / 22 May 2026
257
23:30 / 22 May 2026
146
23:19 / 22 May 2026
165
23:18 / 22 May 2026
190
23:14 / 22 May 2026
201
23:02 / 22 May 2026
819
22:56 / 22 May 2026
136
22:56 / 22 May 2026
142
22:52 / 22 May 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.