Kasparov beynəlxalq axtarışa verildi
23 May 2026, 11:41
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
660
06.11.2025, 14:46
Bakı Hərbi Məhkəməsində noyabrın 6-da Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir.
Oxu24.com xəbər verir ki, məhkəmə iclasında təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda cinayətkar birliyin tərkibindəki rollarını təsdiq edən sənədlərin və sübutların elan olunmasına başlanılıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sənədlərin və sübutların təqsirləndirilən şəxs Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) ilə bağlı olan hissəsini diqqətə çatdırıb. Bildirilib ki, təqsirləndirilən Arayik Harutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmaqla 20 sentyabr 2023-cü ilədək olan müddət ərzində cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları icra etməklə cinayətkar birlik tərəfindən törədilmiş bütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib.
Diqqətə çatdırılıb ki, tədqiq edilmiş materiallardan birinə əsasən, Arayik Harutyunyanın 1990-cı illərdə Azərbaycana qarşı törədilən cinayətlərdə qardaşı ilə birlikdə iştirak etdiyi, habelə Kərkicahan qəsəbəsində, Xocalıda gedən döyüşlərə qatılması təsdiqini tapıb.
Qeyd edilənlər onun sıravi iştirakçı olmadığını, düşmən ordusunun döyüş qabiliyyətinin təmin edilməsində, silahlı dəstələrin fasiləsiz təchizatında və onların qanunsuz silahlı əməliyyatlar aparmaq imkanlarının saxlanılmasında birbaşa rol oynadığını sübut edir.
Qeyd olunub ki, məhkəmədə tədqiq etdilmiş videomaterial təqsirləndirilən şəxsin təkcə Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinini işğalı altında olan ərazilərə səfər etmədiyini, həm də döyüş mövqelərinin yoxlanılması, oradakı qüvvələrin potensialının öyrənilməsi və hərbi əməliyyatların davamlılığının təmin olunmasına yönələn fəaliyyətlərdə bilavasitə iştirak etdiyini sübuta yetirir. Bu isə onun Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı aparılan silahlı təcavüzün informasiya, təşkilati və kadr təminatı istiqamətində mühüm rol oynadığını bir daha təsdiqləyir. Bildirilib ki, o, Azərbaycan xalqına, xüsusilə dinc əhaliyə qarşı çoxsaylı cinayətlərin, terror aktlarının törədilməsində iştirak etməklə yanaşı, qeyd edilən əməllərini sosial şəbəkələr vasitəsilə dünyaya çatdırmaqdan da çəkinməyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
11:44 / 23 May 2026
45
11:41 / 23 May 2026
51
11:40 / 23 May 2026
53
10:08 / 23 May 2026
96
01:03 / 23 May 2026
247
00:16 / 23 May 2026
489
00:09 / 23 May 2026
400
00:06 / 23 May 2026
230
00:04 / 23 May 2026
164
00:00 / 23 May 2026
439
23:49 / 22 May 2026
162
23:45 / 22 May 2026
556
23:43 / 22 May 2026
374
23:38 / 22 May 2026
277
23:30 / 22 May 2026
257
23:30 / 22 May 2026
146
23:19 / 22 May 2026
165
23:18 / 22 May 2026
190
23:14 / 22 May 2026
201
23:02 / 22 May 2026
819
22:56 / 22 May 2026
136
22:56 / 22 May 2026
142
22:52 / 22 May 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.