Kasparov beynəlxalq axtarışa verildi
23 May 2026, 11:41
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
684
06.11.2025, 12:56
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsindən sonra onun biznes imperiyası ilə bağlı mediada müxtəlif məlumatlar dərc olunur.
“Qaynarinfo” xəbər verir ki, bu məlumatlardan Ramiz Mehdiyevin uzun illər səlahiyyətlərindən istifadə edərək iqtisadi imperiya qurduğu aydın olur. Bu imperiyaya maliyyə təsisatlarından tutmuş tikinti şirkətlərinə qədər müxtəlif biznes strukturlar daxildir.
Son günlərdə məşhur tikinti materialları bazarı “Eurohome”un Ramiz Mehdiyevin himayəsində olduğu iddia olunub. Bu iddianı vaxtilə həmin bazarda icarə müqaviləsi əsasında mağaza işlədən sahibkar Rafiq Ocaqverdiyev irəli sürüb.
Rafiq Ocaqverdiyev bir müddət əvvəl “Eurohome”un sahibi Azay Möhnətovu ona çatacaq kompensasiyanı ödəməkdən yayınmaqda ittiham edib. Sahibkarın sözlərinə görə, 2019-cu ildə “Eurohome”da baş verən yanğın zamanı ona 200 000 manat ziyan dəyib. Həmin vaxt Azay Möhnətov ziyan çəkən icarədarlara kompensasiya ödəyəcəyini vəd etsə də, Rafiq Ocaqverdiyevə hələ də ödəniş edilməyib.
O, məsələ ilə bağlı Prezident Administrasiyasına və ölkənin hüquq-mühafizə orqanlarına müraciət edib. Artıq Baş Prokurorluq onun müraciətini nəzarətə götürüb.
Rafiq Ocaqverdiyev saytın əməkdaşı ilə söhbətində bildirib ki, müraciətini göndərdikdən bir neçə gün sonra Baş Prokurorluqdan ona zəng edilib və müraciətin araşdırılacağı bildirilib: “Mən inanıram ki, araşdırma müsbət yekunlaşacaq. Başqa cür olması da mümkün deyil. Mənə ziyan dəyib. Dövlət səviyyəsində Azay Möhnətovdan zərər çəkən icarədarlara kompensasiya ödənilməsi tələb edilib. Azay Möhnətov isə hay-küy düşməsin deyə, bizi müxtəlif vədlərlə aldadıb”.
Sahibkarın sözlərinə görə, Azay Möhnətovun açıq-aşkar qanun pozuntusuna yol verməsi təsadüfi deyil: “Eurohome” Ticarət Mərkəzi Ramiz Mehdiyevin nəzarətindədir. Onun kürəkəni İlham Əliyev uzun illər Ramiz Mehdiyevin dəstəyi ilə bazara himayədarlıq edib. Hətta mən bilən, Ramiz Mehdiyevin kürəkəni ilə Azay Möhnətovun Rusiyada şərikli biznesi də var. Yəni, Azay Möhnətov bu adamlara güvənərək bizi acınacaqlı duruma salıb. Amma artıq Mehdiyevlərin dövranı deyil. O, cinayət məsuliyyətinə cəlb edilib. İnanıram ki, bundan sonra Azay Möhnətovla da bağlı araşdırmalar başlanacaq və bizim də hüquqlarımız bərpa olunacaq”.
Rafiq Ocaqverdiyevin iddiaları ilə bağlı Azay Möhnətovun mövqeyini öyrənmək mümkün olmayıb.
Mediada yayılan məlumatlara görə, “Eurohome”un əsl sahibi Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Telman Mehdiyevdir. Bildirilir ki, o, Ramiz Mehdiyevin əmisi oğludur.
14:55 / 23 May 2026
105
14:53 / 23 May 2026
55
14:51 / 23 May 2026
52
11:44 / 23 May 2026
77
11:41 / 23 May 2026
98
11:40 / 23 May 2026
80
10:08 / 23 May 2026
142
01:03 / 23 May 2026
262
00:16 / 23 May 2026
552
00:09 / 23 May 2026
490
00:06 / 23 May 2026
253
00:04 / 23 May 2026
187
00:00 / 23 May 2026
475
23:49 / 22 May 2026
174
23:45 / 22 May 2026
631
23:43 / 22 May 2026
425
23:38 / 22 May 2026
317
23:30 / 22 May 2026
270
23:30 / 22 May 2026
158
23:19 / 22 May 2026
180
23:18 / 22 May 2026
202
23:14 / 22 May 2026
215
23:02 / 22 May 2026
1008
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.