Kasparov beynəlxalq axtarışa verildi
23 May 2026, 11:41
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1578
05.11.2025, 21:27
Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "Baza Hotel Spa" mehmanxanasının müdiri saxlanılıb.
Oxu24.com "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1990-cı ildə Bakı şəhərində anadan olmuş Nicat Sadıqzadə hoteli əxlaqsızlıq yuvası kimi istifadə etməkdə ittiham olunub.
Onunla bərabər hotelin qeydiyyatçısı, 2000-ci il təvəllüdlü Turxan da saxlanılıb. Onların Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Nicat Turxana hoteldə qalmaq üçün gələn adi müştərilərə otağın gününü 50 manatdan verməyi, dincəlmək üçün qadınla gələn kişi müştərilərə isə 70 manata verməyi tapşırıb. Turxan müştərilərdən aldığı pulları Nicata verib.
Nicat Sadıqzadə məhkəmədə özünü qismən təqsirli bilib və ifadəsində göstərib ki, hotel faktiki olaraq onun bibisi oğlu Fərid Sadıqzadəyə məxsusdur. Bibisi oğlu Fərid qeyd olunan hotelin idarəsini ona həvalə edib. Həmçinin qeyd edib ki, Turxanı yaxşı təlimatlandırmadığından müdir olduğu hotel əxlaqsızlıq yuvası kimi istifadə edilib. Buna görə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə Nicat Sadıqzadə və Turxana 3 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onlara Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub və bir il sınaq müddəti hesab edilməklə, cəza şərti hesab olunub.
14:55 / 23 May 2026
144
14:53 / 23 May 2026
61
14:51 / 23 May 2026
57
11:44 / 23 May 2026
78
11:41 / 23 May 2026
100
11:40 / 23 May 2026
81
10:08 / 23 May 2026
147
01:03 / 23 May 2026
264
00:16 / 23 May 2026
554
00:09 / 23 May 2026
495
00:06 / 23 May 2026
255
00:04 / 23 May 2026
190
00:00 / 23 May 2026
476
23:49 / 22 May 2026
175
23:45 / 22 May 2026
633
23:43 / 22 May 2026
426
23:38 / 22 May 2026
317
23:30 / 22 May 2026
271
23:30 / 22 May 2026
159
23:19 / 22 May 2026
180
23:18 / 22 May 2026
203
23:14 / 22 May 2026
216
23:02 / 22 May 2026
1024
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.