Kasparov beynəlxalq axtarışa verildi
23 May 2026, 11:41
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
582
05.11.2025, 17:14
Kölgə iqtisadiyyatı qurmaqla ölkədən qaçaq yolla 326 milyonluq məhsul çıxarmaqda və qanunsuz sahibkarlıqda ittiham olunan şəxslərin məhkəmə araşdırması başa çatıb.
Oxu24.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı aparılmış cinayət işi üzrə hökm oxunub.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar çoxsaylı dəlil və sübutlarla təsdiqini tapıb.
Hökmə əsasən, Zöhrab Hidayətov 9, Elvin Şirinov 8, Qaçqın Hümbətov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən Elvin Şirinov barəsində mətbuatda maraqlı detallar yer alır. Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”na əsasən, əvvəllər, məsələn 2021-ci ildə E.Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında olmadığı halda, 2023-cü ildə qəfildən qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında ilk onluqda 1-ci yeri tutub.
Görünən odur ki, Elvin Şirinov adı əvvəllər heç yerdə getməyən, birgə ittiham edildiyi dustaq yoldaşı Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir. İş materiallarında bəhs etdiyimiz cinayətlərlə bağlı kifayət qədər faktlar yer alıb.(qafqazinfo)
14:55 / 23 May 2026
304
14:53 / 23 May 2026
107
14:51 / 23 May 2026
122
11:44 / 23 May 2026
87
11:41 / 23 May 2026
108
11:40 / 23 May 2026
86
10:08 / 23 May 2026
159
01:03 / 23 May 2026
268
00:16 / 23 May 2026
560
00:09 / 23 May 2026
512
00:06 / 23 May 2026
262
00:04 / 23 May 2026
206
00:00 / 23 May 2026
482
23:49 / 22 May 2026
179
23:45 / 22 May 2026
651
23:43 / 22 May 2026
453
23:38 / 22 May 2026
320
23:30 / 22 May 2026
273
23:30 / 22 May 2026
163
23:19 / 22 May 2026
183
23:18 / 22 May 2026
205
23:14 / 22 May 2026
227
23:02 / 22 May 2026
1077
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.